Vergini Bu Saytda 4%Deyirlər,Bank 10%deyir ?

Stock Video Saytında Biraz Pulum var 1 aydı qalmışam o pulu Çıxarda bilmirəm .Bu saytda oxudum 4% deyirlər Amma bankdan soruşdum 10%pul tutur buda Az faiz deil 500 manata vuran 50 manat edir az pul deil 15 20 manat olsa normaldı .Xaiş edirəm bir məsləhət verin necə edimki az pul çıxsınlar Skrill payonner başqa nə məsləhət görürsüz ?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Ramazan (2019-04-05 16:52:46)
Aydın oldu çox sağol

Software Developer (2019-04-05 15:53:49)
Heç kim tutmur, siz özünüz gedib hesabat verib ödəyirsiniz. Müvafiq vergi idarəsinə və ya 195 telefon xəttinə zəng edin, pulu qazanma mənbəyinizi, fəaliyyətinizi izah edin, sizə 2% və ya 5% ödəməlisiniz onu deyəcəklər (4% və 10% yoxdur hazırda, 2 və 5 var, pulu vətəndaşdan qazananlar 2% ödəyir, pulu şirkətlərə xidmət və ya satış etməklə qazananlar isə 5%)

Ramazan (2019-04-05 15:25:51)
Mən vöen açdırdım Növünü Sadə elətdirdim Yenədə 10 faiz tutacaqlar? əyər 10% tutacaqlarsa başqa hansı yol var az faiz tutulası?

Software Developer (2019-03-30 12:03:40)
o individual məsələdir, bankda durumu izah edib əlavə izahat tələb edərlərsə izah edib həll etmək olar - yəni sırf insan faktoru var bu işdə, bank işçisi hesab etsə ki, bu pul gəlir deyil, elə də rəsmiləşdirib pulu sizə tam verə bilir. Necə ki Western Union ilə filanla gələn pul gəlir hesab edilmir, normal şəkildə təqdim edilir.

neo13 (2019-03-24 05:06:17)
bəs məsələn xaricdəki qohumum köməklik üçün bank SWIFT köçürməsiylə mənə pul göndərsə. və gələn pul ümumiyyətlə gəlir olmasa?

Software Developer (2019-03-22 13:28:28)
Bəli, yuxarıda yazdığım cavabda mən elə bunu izah etmişəm. Əgər şəxsi hesabınıza gəlirsə pul və siz sahibkarlıq haqda məlumatlı deyilsinizsə, o halda pulu mərc, qumar, oyun uduşu kimi rəsmiləşdirirlər ki siz pulu ala biləsiniz. Əks halda pulu sizə verməyə ixtiyarları yoxdur. Çünki qazanc şəxsi hesaba gəlməməlidir, sahibkar hesabına gəlməlidir. O isə VÖEN-in bağlı olduğu hesaba deyirlər. Adi vətəndaş hesabına gələn gəliri ancaq uduş kimi rəsmiləşdirmək olar.

Ramazan (2019-03-22 13:00:32)
Yox Mən qumarın mərc oyunlarından uzağam. Hə mən Banka yazdım Zehni Satdığım məhsuldu 3d Stock videolardı.Belə yazdı ( Xeyr, lakin buna görə də 10 % vergi tutulacaq.)Dedimki xitmet haqqı 5 .vergi 5 faizmi tutulur? Belə yazdı (Uduş gələn zaman 10% vergi tutulur. Bank tərəfindən deyil, Vergilər Nazirliyi tərəfindən)

Software Developer (2019-03-22 11:12:48)
Qanuni yolla çıxarmaq pulu VÖEN hesaba çəkməklə olur. O halda da 2% və ya 5% (sahibkarlıq növündən asılı olaraq) vergi ödənilir sonra. Bank heç bir şey tutmur yəni bu halda, sonradan özünüz hesabat zamanı ödəyirsiniz. 10% isə qumar mərc oyunlarından tutulan standart rüsumdur. Banklara xaricdən hansısa məbləğdə pul qazanmış şəxslər gəlirlər və qəti məlumatsız olurlar sahibkarlıq nədir, vergi nədir, bank rüsumu nədir - bütün bunlar niyə var - tək bildikləri o olur ki hə mənə pul gəlib - banklar da bir çox hallarda belə şəxslərə vergini, sahibkarlığı izah etmək mümkün olmadığını anlayır deyə onların pulunu mərc, qumar , oyun gəliri adı ilə rəsmiləşdirib 10% dövlət rüsumu tutaraq verirlər. Siz eşitdiyiniz də budur çox güman.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

ebay disput

ebay case haqqinda

Bu Ünvana necə gedim

google adsense reklam web sayt

Aliexpresdən telefon almaq

Payoneer kartından hansı bankomatdan pul çıxarmaq sərfəlidir?