Alirxpress dən Yağ dəyişmə pompası

Hamıya Salam Aliexpressdən maşın yağı dəyişməy üçün pompa sifariş verməy isdiyirdim Sizce alsam gömrük zad problem çıxarmaz?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Software Developer (2019-03-30 14:56:53)
pul heç bir halda batmır. 17 manat rüsum olacaqsa, ödəyib alacaqsınız. olmayacaqsa da poçt ilə birbaşa məhlənizdəki poçta gələcək - o halda problem nədir ki? heç bir halda itbat olmur.

Software Developer (2019-03-30 14:56:06)
məncə də saxlamama ehtimalı daha çoxdur. amma saxlama ehtimalı da maşına hər hansı detal gətirməklə eyni deyil. maşına nəsə alanda 1000$dan ucuzdursa saxlanma ehtimalı demək olar ki, sıfırdır - buna əsas da yoxdur. amma sualdakı cihaz detal deyil, sahibkarlıq fəaliyyəti zamanı istifadə olunan cihazdır, şəxsi istifadə üçün olmasını əlavə olaraq izah etmək lazım ola bilər.

selef (2019-03-30 13:41:23)
çox güman ki saxlamayacaqlar. saxlasalar deyin özüm üçün gətirmişəm burda bahadır. mən maşınıma çox şey gətizdirmişəm heç vaxt saxlamayıblar!

Kayzer (2019-03-30 13:25:49)
Cavab üçün təkrar çox sağolun mənim qorxum əlavə rüsum ödəmək deyil hətta bəyağ hesabladım 36% - dən əgər isdəsələr 17 manat rüsum olacag MƏNİM QORXUM İSƏ ZAKAZIN GÖMRÜKDƏ İLİŞMƏSİ VE PULUMUN BATMASIDI.

Software Developer (2019-03-30 13:15:04)
Belə deməklə elə olmur axı, sahibkarlıq üçün istifadə olunan bir cihazın alınması ölkələrin mütləq əksərində rüsuma cəlb edilir, bütün ölkələr də demək olar. Şəxsi gətirilənlər isə 3 qrupa bölünür, rüsum tətbiq edən ölkələr, qismən rüsum tətbiq edib digərlərini rüsumdan azad edən ölkələr (məsələn Azərbaycan, Rusiya və.s.), rüsum tətbiq etməyən ölkələr. Pompa Bakıda yoxdursa ala bilərsiniz. Rüsuma cəlb edilsə də edilməsə də alacaqsınız da malı, problem nədir ki? Qiymətində bir qədər fərq olacaq sadəcə.

Kayzer (2019-03-30 12:18:29)
bəli bir ədəd gətirməy isdiyirəm bilirsiz mən birinci səfərdi belə bir şey görürəm başka ölkelerde camaat rahat alışveriş eliyir biz yox indi bu pomba bakıda yoxdu ki gedim alım ustalarda maşallah 10 azn başdıyır yağ dəyişdirməyə məndə sırf özüm üçün zakaz verirəm ki ustalarda qalmıyım

Software Developer (2019-03-30 12:05:55)
biznes məqsədli alətdir deyə, saxlaya bilərlər və haqlı olarlar saxlasalar. Amma saxlamaya da bilərlər 1 ədəd olarsa. Yəni qısacası şansa bağlıdır