Vöenimi Bank Hesabına Necə Qoşum ?

Banka Getdim Vöen açmışam dedim hesabıma qoşmaq istəyrəm dedim .Dedi vöeni loqin şifrəsini ver qoşuram məndə razı olmadım.soruşdumki bunu ancaq siz edə bilirsiz dediki yox səndə edə bilərsən. hardan?Vöen hesabınan .Vöen hesabına baxdım birşey anlaya bilmədim qarışıqdı həmdə elmi dildə yazılıb .Mən Vöenin hansı yerindən bank hesabı aça bilmərəm2sini açacam dollar birdə azn,əvvəlcədən təşşəkür

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Məlikov Xalid (2019-04-01 00:56:09)
Buyurun

Ramazan (2019-04-01 00:03:18)
Çoox sağol Gözəl izahdı.Sağ elin o birlərin başına

Məlikov Xalid (2019-03-31 22:29:52)
1)e-taxes.gov.az ünvanından online kargüzarlıq bökümünə daxil olursuz. 2) Yeni məktub yaz 3) Açılan formada Vergilər Nazirliyi->VÖEN-in qeydiyyatda ilduğu Vergilər İdarəsi->Şəhadətnamə dublikatının verilməsi->Hesabı açmaq istədiyiniz bankı və filialı seçin. 4) Hesab növünü cari hesabı seçin 5) Valyuta növünü AZN seçin PS: Əgər cari hesabın bir neçə valyutada olmasını istəyirsinizsə o zaman bu əməliyyatları hər istədiyiniz valyuta üçün edin. Və VÖEN-ə bağlı plastik kart hesabı da açdırmaq istəsəniz o zaman plastik kartın hansı valyutada olmasını qeyd edərək yuxarıdakı əməliyyatları da plastik kart üçün də edin. Məktubu göndərin. Həftə içi 2-3 iş günü ərzində hesabı açmaq istədiyiniz bank və filialından maraqlanın. Əgər vergi idarəsindən müraciətiniz daxil olubsa Şəxsiyyət və VÖEN vəsiqənizi götürüb banka yaxınlaşın. Bu qədər sadə. Uğurlar

Software Developer (2019-03-31 22:02:26)
Ya özünüz etməlisiniz, ya da bilən biri etməlidir. bank işçisi sizin yanınızda etsin. bu sual sual-cavab saytı formatında deyil, daha ciddi məsuliyyət tələb edir. e-taxes.gov.az saytından login olub, müvafiq bölməni tapıb, istədiyiniz bankın istədiyiniz şöbəsini seçib müraciət göndərirsiniz, oradan dərhal banka sorğu gedir ki, bu VÖEN sahibinə hesab açın - bank da ona uyğun dərhal sizə hesab açır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Gürcüstanda bank hesabı açıb paypall istifadə etmək. (Aranızda edən varmı?)

Vöen açmaqın mene ne kimi xeyri ola biler?

Turkiye hesabi acmaq

Rusiyada necə bank resabı aça bilərəm?

İnternetdən bank hesabımı idarə etmək

Müvəqqəti VÖEN açmaq