Woocommerce Azərbaycan dilində mümkündürmü?

Salam. Wordpress - də Woocommerce və Azericard ödənişi üçün plugin yükləmişəm, işləyir. Problem ondan ibarətdir ki, Woocommerce ingilis dilindədir, saytda ödəniş, qeydiyyat və s. məlumatlar ingilis dilində çıxır. Wordpresi Azərbaycan dilinə çevirdim, Woocommerce silib yenidən yüklədim yenə alınmadı. Wordpresi rus dilinə çevirdim Woocemmerce-də rus dilinə çevrilir, amma Wordpresi azəri dilində test elədikdə Woocemmerce azəri dilinə çevirilmir. Woocommercin azəri dilində plugini mövcuddurmu və ya onu Wordpressdə necə edit edib tərcümə edə bilərəm? Qabaqcadan təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Web Saytlar Yaradılması (2021-02-25 04:25:37)
Tərcümələrə mən də qoşulmuşam, ancaq açığı tərcümə interfeysini bəyənmədim. Bəlkə də buna görə bizdə irəliləyiş olmur.. Sadəcə öz saytınızda tərcümə etmək istəyirsinizsə, Loco Translate plagini qoşun və onunla WooCommerce plaginini Azərbayan dilinə tərcümə edin.

Vugar Mammadov (2019-04-02 18:29:02)
Aydındır, təşəkkür edirəm. Wordpres qeydiyyatdan keçdim, tərcüməyə məndə qoşulacam.

E. Hacı (2019-04-02 17:15:39)
Salam. WordPress və WooCommerce hər ikisi açıq qaynaqlı kodlardır və kollektiv və könüllü əmək nəticəsində inkişaf etdirilir. Tərcümə də bura daxildir. Hər kəs qoşulub öz tərcümələrini təklif edə bilər. WordPress özü Azərbaycan dilinə mükəmməl olmasa da, tərcümə edilib (mən də iştirak etmişəm prosesdə), lakin WooCommerce-i heç bir azərbaycanlı könüllü tapılmayıb deyə tərcümə edən də olmayıb. Hazırda cəmi 15% tərcümə edilib, 85% isə qalıb. Problem də buna görədir. Tərcümənin statusuna buradan baxa bilərsiniz: https://translate.wordpress.org/projects/wp-plugins/woocommerce/

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Woocommerce portmant ödəniş modulu kim hazırlaya bilir

WordPress yazılarının share zamanı encoding səhvləri

WordPress-də kömək

Custom Category Listing Block

İstəyirəm ki bu saytı yeni domenə köçürəm

WordPress permission error