2 ədəddən artıq eyni məhsulun sifarişi və idxalı

Salam. Əgər bir maldan 2 ədəddən çox şəxsi istifadə üçün gətirmişəmsə, lakin gömrük işçiləri yenə də məndən rüsum tələb edirlərsə, nə etməliyəm? Neçə faiz rüsum ödəməliyəm? Bu halda rüsum bütün məbləğin %i olur, yoxsa 2 ədəddən artıq hissənin %i? Qanunvericilikdə bununla bağlı məlumat tapa bilmirəm. Zəhmət olmasa cavablandırardınız.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Mirsəid Mirzəzadə (2019-07-01 23:56:05)
Salam Bir daha Bəs yenidən doldurula bilən batareya sifarişi barəsində problem yaradıla bilər? Zəhmət olmasa cavablandırardınız.Birdə ki bilmək istəyirəm saytda məhsulun işləməyi üçün 3 ədəd 18650 tipdə 2600 mah olan batareya lazımdı.Mən daha yuxarı amperli məsələn 3400 mAhlıq batareya ilə sifariş versəm cihazla işləyə bilərmi? Bu arada məhsul kameralı qapızəngidir. İndi yazanda ağlıma gəldi gömrük kameralı məhsulların sifarişinə izin vermir ((( Məhsulun linkini qoyuram zəhmət olmasa baxardız çatdırılmada hansısa problem yaranar?

Maqa (2019-04-02 20:19:18)
Gömrük komitəsinin sitesində bu sualların cavabı var. Baxır məhsula saxlayada bilər, saxlamayada. Siz əgər misal üçün 2 ədəd bahalı da olsa qapı dəstəyi alırsınızsa o zaman saxlamaz, saxlasa da rahat keçirmək olar, ama 2 ədəd qaynaq aparatı alsaz heç cürə inandırmaq olmaz, yəni ki qiymətdən əlavə təyinatına da baxılır məhsulun. Rüsuma gəldikdə isə məhsulun ümumi dəyəri nədirsə onun 33-36 faiz civarı hesablanır və rüsum tətbiq olunur

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Amazondan alınan malın gömrükdə saxlanılması

1-dən ədəddən çox əşya sirariş etmə

Alibabadan sifariş

Gömrüklə bağlı çəki limiti var mı?

karqoda kitab sayı

Ebay zinət əşyaları