Binanın 9+ Mərtəbəsinə Kondisener necə quraşdılır?

1ci mərtəbədən aşağı baxanda adam birtəhər olur 5 il bakıda qaldım hələ rastıma çıxmadı o binanın mərtəbələrinə kondiseneri necə qurraşdırırlar özüdə pəncərənin Yanlarına Balkon olsa dərd yağar maraqlıdı görəsən o Kondisneri ora necə nəynən vururlar 2 dəmiri olur onu deşik açmağı kondiseneri ora yerləşdirməyi çoox maraqlıdı..

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Ramazan (2019-04-03 10:15:08)
Çox sağol

E. Hacı (2019-04-03 09:51:28)
Bizdə edəndə görmüşdüm. Normalda kəmərlə və.s. ilə işi qarantiyə alıb eləcə işləməlidirlər. Amma bizdə ustalar elə etmir, elə necə gəldi. Biri pəncərədən üzü aşağı sallayır özünü yarım bədənlə, yalnız ayaqları içəridə qalır. Amma içəridə də ayaqlarını o biri usta tutur. O da eləcə bağlayır bərkidir dəmiri. Sonra da üstdən kondisioneri keçirirlər dəmirə bağlayırlar. Baş gicəlməyə qalanda isə, əlbəttə bu normaldır. 1. çünki sizin o vərdişiniz yoxdur, öyrəşməmisiniz. hündür mərtəbədə qalanda dəfələrlə baxdıqdan sonra o keçir gedir. 2. də ona görə ki, hər işin öz tələbləri var orqanizmdən. Məsələn kosmonavt olmaq üçün əksər insan bədəni uyğun deyil, o təcil dəyişməsinə, sürətə, fırlanmaya və.s. dözmür bədənlər - ona görə də kosmonavt seçəndə bu testləri öncədən sərt formada edirlər. Eləcə də pilot da hər həssas adamı qoymurlar. İstər psixoloji baxımdan, istərsə də orqanizm, dözümlülük baxımdan ciddi yoxlanılır öncədən. Qısacası hər işin özünə uyğun adamlar olur.

Ramazan (2019-04-03 09:16:06)
Sağol

Maqa (2019-04-03 00:27:27)
adi insanlar edir, pəncərələrdən istifadə etməklə birisi dəmiri tutur biri də dəmirləri bağlayır, özlərinin bir sözü var ki, bizim işimiz başdan ayağa təcrübə tələb edir, hər anın təhlükədir