Xaricdən topdan telefon gətirmək

Salam, neçə vaxtdır saytda da araşdırma elədim ancaq tapa bilmədim, deməli uzaq bir tanış var, ölkəyə apple telefonlar gətirir. misal üçün xs max 64 gb verir 1700 manata. Bu adamdan nə qədər ediriksə bizə bunun yolunu demir, orta hesabla da bu adam hər telefondan 150-200 manat pul tutur. Saytda olan və yaxud tanışı olan varmı ki, bu telefonu kim və necə 1500 manata ölkəyə sala bilir, Elə bunun 36 faizlik gömrüyü bəs edir ki, qiymət 2000 manatı keçsin. Dubay desəz dubayda inanmıram bu dərəcədə aşağı ola qiymət. Zəhmət olmasa bilən şəxslər konkret sualıma cavab versin. Bir şəxs yazmışdı ki, monopoliyadır, əgər monopoliyadırsa o zaman kimsə gətirə bilməz, kimin nəzarətindədirsə də o adam da dəli deyil ki, 1500 manata satsın.

Verilmiş cavablar və yazılan şərhlər (0 cavab var)