Video Verim Youtube-e Atsın Qazanan Pulu Mənədə Onada?

Youtubda elə kanal varmı 0-dan Video düzəldim verim youtuba atsın pulunu mənədə versin özünədə götürsün ferqi yoxdu nə kanalı olur olsun birce puldan mənədə versin. (Cavab üçün Əvvəlcədən Təşşəkür edirrəm )

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Ramazan (2019-04-08 22:08:04)
Eybi yox təsədüfü kadr olan kanalları ver Niyə helə deyirsən?Belə deyək Stock video saytın başqa növü kimi mən nəzərdə tutub demişəm .yoxsa enes batura ne bilim başqa tanınmış kanallara video verim deyimki videonun pulu yarı yarı kimdi helə edən heç kim. Keyfiyyətli deyəndə. Helə olsaydı ne varıydı hayıf o videolara .öz saytıma atardım neynirdim faiz verib .hansı ki Stock videolarda shutterstock video satışından mənə 30 faiz verir 70faizini özünə qapır. Hə mən neçə dəfə video atmışam gta 5 videoları 10 dənə üstünən 4 5 ay keçib 20 30 izlənməsi var Adlarınıda çox izlənən adlarını qoymuşdum videoda ada uyğun idi az izlənmə gəlir ona görə dedim elə kanal olsaydı video verərdim atardı. Reklam qəbul edən kanal var məsəlüçün after effect proyekti. photoshop psd faylını videosunu atır müəyyən qədər pul alır bunu bilirəm .mən deyənən lazım idi mənə nə isə cavaba görə çox sağol

Software Developer (2019-04-08 10:11:36)
Suallar çıxır. Nə videosu? Sizə videoya görə pulu niyə verməlidirlər? Video dəyərli məlumat daşıyır deyə? Öncə bu suallara cavab tapmaq lazımdır. Yəni, daha sadə izah edim: Videoya görə sizə pul verilməsi iki səbəbdən qəribə görünür: Səbəb 1: Videonuz hədsiz keyfiyyətlidirsə və başqasının edə bilməyəcəyi keyfiyyətdədirsə - o halda heç kəs, o cümlədən də siz onu başqası ilə bölüşməz, elə qoyar öz kanalına özü tam qazanar. Səbəb 2: Video sıradan hər kəsin hazırlaya biləcəyi şeydirsə, o halda elə özləri hazırlayar da, sizə pul nədən versinlər ki? Təbii, bu dediyim iki versiyadan başqa variantlar da var, amma onlar istisna hallardır. Məsələn: avtomobilin registratoru ilə çox maraq cəlb edən bir görüntü əldə edəndə, və ya təsadüfən telefonla nəsə çəkəndə nadir təsadüfi komik, faciəvi və.s. görüntünü də özünüz də bilmədən çəkmiş olanda və.s. - bu kimi hallarda bəzi kanallar 100-150$a belə videoları satın alırıar. - amma etiraf edək ki, bu təsadüfi düşən bir qazancdır, gəlir deyil. Yəni dünyada heç bir kəs daim təəccüblü, heyrətamiz hadisələri çəkib daim pul qazana bilməz. Bu olanda 1-2 dəfə olan şeylərdir. Amma bütün bu deyilənlərdən sonra, yenə də hər ehtimal, siz dəqiqləşdirin ki, nədir bu video dediyiniz şey, ondan sonra bəlkə uyğun bir məsləhət vermək ola.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Youtubede Qazanc

Hesabda nə qədər pul var?

1 adsense hesabına 2 youtube kanalı qoşmaq

Western Union. Amerikadan göndərilən pulu Bakıda necə nəğdəşdirə bilərəm?

YouTube-də kanal açmaq

YouTube Adsense pul köçürmək