Aliexpress gömrük rüsumlari

Salam Bilmək istəyirəmki aliexpressden gələn hansı mallara gömrük rüsumu istənilir? məsələn bildiyim qədərilə kamerali saatlara falan rüsum istənilir. başqa nəyə istənilir? birdə bu rüsum aliexpressdə sifariş zamanı görünür? ya gələndə gömrükdə saxlıyıb sora diyillər? kransteyn və sairə bir iki bluetooth kalonka falan sifariş etmək isdirəm ona görə soruşdum rüsum olandaəvvəlcədən aliexpressde bilinir ya gələndə gömrükdə ya poçta çatanda diyilllərki bəs bu qədərdə pul ödəməlisən əlavə?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Ali Narimanov (2019-04-17 00:22:21)
miqdarindan asilidir cox olsa kommersiya xarakteri dasiya biler 3-5 dene normaldi

sadiq.ziyadov (2019-04-15 13:23:21)
çox Sağol təşəkkür edirəm bir sözdə soruşum orda gümuş üzüklər falan olur olarada rüsum yoxdur?

Maqa (2019-04-14 16:57:43)
Yuxarıda qeyd etdim axı, şəxsi istifadə üçün deyilsə əgər gömrük saxlasa gedib vergisini ödəməlisiniz. İStəmirsinizsə gecikmədən sizə məlumat verilən kimi gedib ərizə yazıb malı istəmədiyinizi bildirin

sadiq.ziyadov (2019-04-14 03:01:47)
bəs o halda ödəməsəm mal geri qaytarılır verdiyim pul qayıdır? birdə hardan bilməy olarki əvvəlcədən bu mala vergi var ya yox

Maqa (2019-04-14 00:19:58)
mal ölkəmizə daxil olandan sonra, əgər rüsum tətbiq olunsa sizə məlumat verilir

sadiq.ziyadov (2019-04-13 22:12:42)
Nə vaxt verilir məlumat? sifariş edende? ya aliexpress pulu ödəyirəm sora gəlir gömrükdə ilişir sora diyillərki bəs bu qədərdə ödəməlisən?

Maqa (2019-04-13 20:29:38)
Kameralı saatları buraxmırlar ölkəyə. Rüsum isə şəxsi istifadə üçün gətirilən məhsullar üçün nəzərdə tutulmayıb. Əgər malınız rüsuma cəlb olunsa sizə bu barədə məlumat veriləcək