2Checkout la Android application duzeldib pul qazana bilerem ?

Salam. Men misal üçün Uber kimi bir application düzeltdim və online payment hissəsini 2Checkout sistemi ilə həll edə bilərəm ?( Istifadəcidən pulu öz hesabıma köcürtmək ).Yoxsa başqa alternativlərdə var ?.Cox sağolun.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Vuqar Samed (2019-04-21 19:23:55)
Çox sağolun minnətdaram.

E. Hacı (2019-04-20 23:09:13)
2checkout docs baxsanız hamsi orda var. Sdk və ya rest API. Alternativ barədə nese deyə bilmərəm. Payu var meselen onu da sınamaq olar. 2checkout VÖEN tələb etmir.

Vuqar Samed (2019-04-20 13:41:40)
2Checkoutun Android üçün SDK si var yoxsa ancaq API la xidmətdən istifadə edə bilərəm ? 2Checkoutdan istifadə zamanı VOEN acmaq lazımdı ? Paypal Azerbaycanda işləmir bilirəm düzdür ? Basqa alternativ siz nə tövsiyyə edə bilərsiz ? Maraqlandığınız üçün çox sağolun .

E. Hacı (2019-04-20 13:31:27)
bəli.sadəcə google pay 30% komissiya tutur deyə yalnız app daxili xidmətlər üçün yararlıdır, əks halda sərf etmir. taksi xidməti üçün kənar ödəmə prosessinqi qoşmaq düzgündür, hansılarda ki, komissiya 2-3%-dir. 2checkout, paypal, payu və.s. kimi

Vuqar Samed (2019-04-20 13:27:21)
Hal hazırda mən Uber kimi bir app düzəldirəm o zaman Google Paydan , 2Checkoutdan ve digərlerindən istifadə edə bilerəm.Duz anladım sizi ? Cavaba göre çox sağolun .

E. Hacı (2019-04-20 12:29:21)
Əgər app xidmətin özüdürsə, o zaman xeyr, ödəniş yalnız Google Pay və Apple Payment ilə edilməlidir müvafiq olaraq. Əgər app xidmətin özü deyil, vasitəsidirsə, o zaman 2checkout, paypal və.s. hansı ilə edə bilsəniz edə bilərsiniz. Daha sadə izah edim: Əgər ödəniş application daxili bir xidmətə görədirsə(oyun, proqram və.s. yaradıb o app-ın daxilindəki imkanlara görə istifadəçidən pul almaq), o zaman ödənişi Google Pay və Apple Payment ilə etməlisiniz müvafiq olaraq. Əks halda xəbər tutan kimi blok edəcəklər. Yox əgər ödəniş başqa bir kənar şeyə görədirsə və app orada sadəcə vasitədirsə (Uber, Amazon, Yemək sifarişi app-ı və.s. xidmətlər - hansı ki orada app sadəcə başqa bir xidməti sifariş etməniz üçün vasitədir), o zaman hansı ödəniş sistemini istəsəz, qoşa bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Aliexpress geri qaytarmaq

Poçt göndərişim itib xaiş edirəm kömək edin.

aliexpress almaniyaya gondərə bilər

Aliexpress ticarət alıb satmaq

Telefon az9095 de qalıb

Android app hazırlamaq