Stipendiya alinmasi haqqinda.

Evvela salam aleykum. Size bir sualım olacagdi 1ci smestdrde topladigim qoymetler B C oldu eyer belə bir sans varki 2 ci smestrde yay imtahani olacag hal hazirda orda əgər IMTAHANDAN 1DENE A alarsam stipendiya ala bilərəm və necə ayi bir yerde ala bilecem?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Anar96 (2019-05-14 12:12:47)
Bunu məsləhət görərdimki dekan müavini ilə danışıb sonra yay məktəbinə yazilib yazilmamaginiza qərar veresiniz. Zərbəci təqaüdü almaq üçün size B və C qiymətlərindən əlavə bir de A qiymeti lazımdır. Ortalamaniz yuksek olsun deyə çalışın en az bal aldiginiz imtahandan yay məktəbinə yazilin. Əks təqdirdə Zərbəci olsaniz belə ortalamanizin sizin ixtisas üzrə təhsil alan tələbələrden az olmasi sizin teqaudden məhrum ede biler. Rus sektorlari da daxil olmaqla ixtisasınizda eyni kurs üzrə dövlət sifarişli təhsil alan tələbələrin sayını oyrenin. Hemin bu say məsələn 10 nefer onu bildirir ki dövlət sifarişli olub olmamadindan asili olmayaraq ortalamasi ən yuksek 10 nefer teqaud alacaq. Imtahani vereceyiniz gelen aydan etibaren öz statusunuza uyğun təqaüd alacaqsiniz. Yay mektebinin esas imtahanlardan sonra olduğunu nezere alsaq 1 ya da 2 ay Zərbəci deyil adi telebe təqaüdu alacaqsiz. Yene de deyirem bunlari dekan müavinine yaxinlasaraq oyrene bilersizniz.

Maqa (2019-05-13 23:45:25)
Bir misalla sizə başa salmağa çalışacam təqüd sistemini Misal üçün sizin ixtisas A-dır, və bu ixtisasda 100 ədəd tələbə təhsil alır, Smestr imtahanında həmin bu 100 nəfər tələbə imtahanda yığdıqları ortalama ballarına görə ən çox bal toplayanından tutmuş üzü aşağı sıralanır və ən çox bal yığan 50 tələbəyə təqaüd düşür, yəni bu tamamilə sizdən asılı bir durumdur, nə qədər çox bal toplasaz ortalamanız o qədər artıq olacaq və təqüdə düşmək şansınızda bir o qədər artacaq.