Notebook almaq üçün məsləhət

Salam. Notebook almaq istəyirəm sırf internet və ofis proqramları üçün yəni oyun üçün yox. Bunun üçün hansı göstəricilərə malik olmalıdır? Və eyni anda arxa planda bir neçə proqram işlək vəziyyətdə olduqda donma halları olmasın. Məsləhətlərinize ehtiyacım var.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

niftaliyev (2019-05-21 14:54:42)
Dəyməz, buyurun. Lenovo G50-80.

Anar96 (2019-05-18 23:31:12)
Çox sağ olun ətraflı məlumat üçün. Laptopunuzun markası ne idi?

niftaliyev (2019-05-16 03:12:11)
Şəxsən mənim laptopum 3 gün bundan əvvələ kimi 4 gb ramla (indi 8 gb) işləyib. Sizin dediyiniz kimi, ancaq ofis proqramları və internet üçün istifadə edirəm və arada film, musiqi. İndiyə qədər heç bir problemim olmayıb. Oyun oynamaq olmayacaqsa, sizin üçün ideal variant kimi elə mən işlətdiyim paramterlər bəs edəcək. CPU: Core i3 Ram: 4 gb Yaddaş: 120 gb SSD. Mənə görə ideal seçim bir işlənmiş laptop ala bilərsiniz dediyim paramterlər ilə, sonra SSD və əlavə RAM. Həm ucuz olacaq, həm də Windows 7 dəstəkləmiş, hansı ki, mənə görə hələ də, ən yaxşı Microsoft əməliyyat sistemidir.

Maqa (2019-05-15 17:44:11)
bradan alsaz 1000 manata yaxşı notbuk almaq olar, 16 gb ram bəs edər sizə, tam sərbəst işlətməyi üçün sistemi. ən yaxşısı dükanlara gəzib axtarmaq lazımdır, hazır alacaqsınızsa

Anar96 (2019-05-15 15:12:03)
Büdcəm 1000 dən yuxarı olmasın. Hardan alacağımı düzü özüm də bilmirəm. Hazır istəyirəm. Yani sirf ofis işi üçün. Yani nece misal çəkim məsələn baxırsan o boyda pul verib İPhone alıb gəl gorki bu insan o boyda iPhone'u yalnız sosial şəbəkə işlətmək üçün alıb. Yani sosial şəbəkə app'ləri "yüngül" app'lərdi. Onlardan 200 aznlik smartfon ilə də istifadə etmək olar. Yani bunları istifadə etməyə 2 gb RAM və 8 gb'lıq yaddaş artıqlamasıyla bəs edirsə mən nəyə görə artıq pul verib 8 gb RAM və 128 gb'lıq yaddaşa malik bahalı Smartphone almalıyamki?! Yani bilmirəm fikrimi necə çatdırdım. Yani belə bir şey.

Maqa (2019-05-14 18:06:08)
Büdcəniz nə qədərdir? Haradan almaq fikriniz var? Hazır mı yoxsa özünüz yığacaqsınız?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Notebookum tez-tez donur

Məsləhətli Notebook modeli

Amerikadan notebook almaq

Notebooku televizora necə bağlamaq olar?

yeni notebookum üçün oyun parametrləri

aliexpress 72 $-a i7 notebook?