Whatsapp Plustan Whatsappa kecid

Salam. Whatsapp plustan whatsappa keçmək istəyirəm. Lakin Whatsap plustakı məlumatları necə köçürə bilərəm whatsapp gorsun. Yedəkləmə var ancaq hara yedəkləyir necə yedəkləyir bilmirəm. Əgər keçməsəm whatsapp qara siyahiya atacaq nömrəni.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

SahlarNiftaliyev (2019-05-20 17:47:27)
Votsapa daxil olun. Local backup edin. İstifadə etdiyiniz votsapın files manager'dən qovluğuna daxil olun. İstifadə etdiyiniz xüsusi votsap 2 cür ola bilər. Özünə aid yolu olar və ya standart votsap yolunu istifadə edər. Özünə aid yolu olanları original votsapı silmədən istifadə edə bilərsiniz. Digərində isə yox. Əgər özünə aid yolu yoxdursa, heç bir dəyişiklik etməyə gərək yoxdur. Əgər özünə aid yolu varsa, məsələn, XXWhatsApp, o qovluğun adını dəyişin, XX hissəsini silin, sadəcə WhatsApp sözü qalsın. Eynilə bütün alt qovluqlarda da eyni şeyi edin. Məsələn, XXWhatsApp Audio, XXWhatsApp Database və s. Original votsapı endirin Play Store'dan. Nömrənizi daxil edin. Fayllara access icazəsi verin. Lokal nüsxəni bərpa et əmri gəldikdə seçin. Vəssalam.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Nömrə bağlatdırılarkən ”WhatsApp” silinirmi?

Kompyuterdə WhatsApp-dan istifadə etmək.

nömrələr kontakdan silirəm amma whatsapp-dan silinmir

WhatsApp tərəfindən blok

WhatsApp’da silinmiş şəkil

whatsapp-dakı səslı mesjların tarixini bilmək