Sosial applikasiyalarda web brauzer

Salam. Hər hansı bir applikasiyada ferqi yoxdu ios vəya android sayta tıklayanda özünün web brauzeri varsa pəncərə görsənir. Məsələn bakcell limitsiz təqdim etdiyi instagram-da bunu internet paket çıxmaq əvəzinə istədiyiniz gədər səhifədə dolaşa bilərsinizmi?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2019-05-30 11:45:31)
Sualınız tam anlaşılmır. Amma təxminim odur ki, deyirsiniz ki, app daxili brauzerdən daxil olunan sayt sosial media paketinə daxildirmi? Cavabı mobil operatordan asanlıqla zəng edərək öyrənə bilərsiniz. Amma məntiqi cavab budur ki - xeyr. Sosial media paketi app-ın içinə girib paketi hesablamır, sizin smartfondan çıxan müraciətlərin URL-nə baxaraq hesablayır. Əgər bu URL instagramdırsa, o zaman pulsuz edir, deyilsə, adi internet sayt kimi hesab edir. App daxili brauzerdən də hər hansı başqa saytı açanda müraciət olaraq instagram.com yox, həmin saytın URL-i çıxır sizin telefondan - ona görə də bu adi brauzerdən girmiş kimi sayılır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Browserdə v9 və yandexin silinməsi

İnternet-dən hər hansı bir şey yükləmək üçün ən keyfiyyətli brauzer

Brauzerlərlə bağlı problem

Brauzerlə bağlı

Javada web brauzer proqramı yazmaq. Kömək lazımdır.

Safari ucun extension