Xaricdən telefon gətizdirmək

Salam. Öncəliklə cavablarınız üçün təşəkkür edirəm. 1. Mən AliExpress'dən telefon sifariş etmək istəyirəm, lakin bilmirəm ki bu telefonu gedib AZBAKA'dan götürəndə rüsum ödənilir mi? 2. Və bu rüsum ilə qeydiyyat tamamilə fərqli şeylərdir mi? 3. Mən Xiaomi Note 7 4/128 almaq istəyirdim, məlumatı olan varsa bu telefona nə qədər rüsum ödənildiyini desə çox şad olaram. Telefonun öz qiyməti 343 manatdır.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

rmAZ (2019-06-03 07:40:40)
Aha, çox sağ olun. Bəs bu ikinci telefonu biryerdə sifariş etmədikdə də, yəni məsələn birini bu ay sifariş etdim digərini gələn ay, yenə də ödənilməlidir mi vergi? Öncədən təşəkkürlər.

Maqa (2019-06-02 13:45:07)
rüsumu əvvəlki qaydada ödəyirsiz 1.4 azn. 2 və daha artıq olsa bəli artıq 33 faiz vergi ödəyirsiz

rmAZ (2019-06-01 14:25:37)
Yəni poçt rüsumu və qeydiyyat pulundan əlavə hərhansı bir məbləğ ödənilmir?

rmAZ (2019-06-01 14:25:02)
Bunu mən də çox yaxşı bilirdim, lakin məni maraqlandıran qeydiyyatdan və poçt pulundan əlavə telefon olduğuna görə rüsum ödənilib ödənilmədiyi idi, təşəkkürlər yenə də.

Maqa (2019-06-01 09:28:15)
şəxsən mən bir neçə dəfə cavab vermişəm ki, imei.az saytında tariflər bölməsində almaq istədiyiniz telefonun qeydiyyat məbləği yazılıb

niftaliyev (2019-05-31 23:11:06)
Salam. 1. 500 qr-a qədər 1.4 azn, 500 qr-dan artıq çəki üçün isə 2 azn poçt rüsumu ödəməlisiniz. 2. Bəli, poçt rüsumu ilə imei qeydiyyat rüsumu tamamilə fərqli şeylərdir. 3. Qeydiyyat üçün ödəməli olacağınız məbləğ 60 manatdır.

rmAZ (2019-05-31 21:21:01)
Saytda axtarış etmişəm, bu rüsum barəsində bir şey tapa bilmədim*. Burada sual vermişəms sizin cavablamağınız daha yaxşı olar.

Maqa (2019-05-31 17:56:58)
Bütün suallarınızın cavabı saytda var. Zəhmət olmasa araşdırın

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytın ip ilə yönləndirilməsi problemi

Hansı bankın debet kartı ucuz ve keyfiyyetlidi

Aliexpresden sifariş verdim,hələ gəlib cıxmıyıb

Əsgərlik göz zəifliyi

sex oyuncaq

Amazon, Ebay, Aliexpress də fiziki məhsul – hər hansı əşya satmaq