Salam. Computeruniverseni çox təriflədilər. Komputerimi ordan almaq istəyirəm. Bütün keys+içindəki detallar hamısı birlikdə 3000 manat edir. Bağlamanın çəkisini tam dəqiq bilmirəm. Böyük ehtimalla 15 30 lg arası olacaq.Mənim sualım odur ki, gömrükdə hər hansı çəki limiti varmı? Və gömrüktən gələn əşyaların hansı qiymətdən sonra nə qədər rüsumu olur? Mən 3000 manatlıq detallar üçün nə qədər rüsum ödəməliyəm?
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
1
3000 manat = 1764$
1000$ gömrükdən azaddır şəxsi istifadə üçün aldıqda.
Yerdə qalır 764$.
Rüsum
764$*0.33= 428 manat
0
Bəs 2 ayrı kargoda (hərəsi 1000 dollardan ucuz olmaqla) gətirsəm və ya tək kargonu şəxsi istifadə adı ilə gətirsəm yenə də rüsum ödəməliyəm?
0
Zəhmət olmasa sualı vermədən öncə axtarlş bölməsindən istifadə edin. Bu mövzuda soruşduğunuz və soruşmadığınız bütün sualların cavabları cavablar.net-də mövcuddur.
Ayrı ayrı gətirsəniz, cəmlənəcək, yenə eyni şey olacaq.
Başqa ailə üzvünün adına gətirsəniz, o halda buraxılma ehtimalı var, amma o zaman da saxlayıb, ödəniş kartının çıxarışını istəyib rahatca bilə bilərlər ki, eyni adamdır, yenə rüsum tətbiq edərlər.
şəxsi istifadə yuxarıda yazdığım kimi, 1000$ limitlidir. Şəxsi istifadə üçün almayanda 10$lıq alsanız belə yenə də rüsum ödəyirsiniz.
Şəxsi üçün aldığınıza görə də yuxarıda ümumi məbləğdən 1000 çıxdım.
Tək leqal və zəmanətli yol odur ki, 2 yerə bölüb bir ay birini, 30 gün sonra digərini almaq. 1000$ limiti 30 gündən bir sıfırlanır. (ay yox, məhz 30 gün).
Bu dediyimdən fərqli hər hansı yolla alsanız, saxlaya da bilərlər, buraxa da. Bəxtə bağlıdır – amma qanunən 100% saxlamalıdırlar və rüsum almalıdlrlar.
0
Sualımı cavablandırdığınız üçün təşəkkür edirəm
Sual verin
Cavab verin