Gürcistanda personal paypal hesabi

Salam.Gürcüstanda personal paypal hesabi necə açılır?Prosedurlari ardıcıl bilən var?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

r.cebrayilov (2019-06-15 20:08:40)
Gürcüstanda business hesabı açmaq ən ucuz yoludu.Regusda baxıram virtual ofislərin kirayəsinə günlük 1-2 dollardı. Birdəki personal hesabla bağlı belə bir şey etmək olar.Gedib puluvu ayda 1dəfə ordan çəkəsən ki,vpn ə ehtiyac qalmasın

E. Hacı (2019-06-15 18:39:31)
Personal alırsınızsa, ofis və ya virtual ofis kirasına gərək yoxdur. Hansısa mənzildə yaşama haqqında sənəd və ya qəbz tələb oluna bilər. VPN - bu prinsipcə mümkündür, amma Paypalda süni intellekt botları çalışır deyə ən kiçik şübhədə belə suspend edirlər və isbat istəyirlər. (o kiçik şübhə isə ağla gələcək və gəlməyəcək davranışlardan təsbit edilir) Gürcüstan nömrəsi almaq isə bu hissəni həll edir bəli. Gərək burda olanda rominqlə qoşulub danışasınız əgər zərurət olarsa. Dediyiniz videodakı və bənzər digər videodakı tip xidmətlərlə isə çoxdan tanışam. Onlar business üçün yararlıdır. personal üçün dediyim kimi sağlam və sabit yol yoxdur - mümkündür bəli, amma hər an ilişə bilər - belə kövrək mexanizm ilə isə ciddi iş görməyə dəyməz. Öyrədilən metodlardan bəziləri var yuxarı xərc tələb edən şeylərdir, məsələn hansısa uzaq ölkəyə gedib gəlmək xərci belə Gürcüstünda business hesab açmaqdan daha baha çıxır. Ona görə də çalışln business hesab yönündə araşdırmaları davam etdirin, ki Gürcüstanda və ya başqa bir yerdə onu ən ucuz xərclərlə necə etmək olar. Sonra da açın Paypal.

r.cebrayilov (2019-06-15 17:33:24)
https://youtu.be/0WkbJ4yLXXA Bu videoya baxın zəhmət olmasa

r.cebrayilov (2019-06-15 17:31:40)
Gürcistan nömrəsi almaq,Vpndən istifadə etmək və Regusdan adres kirayələmək bəs necə?

E. Hacı (2019-06-15 15:58:25)
1. Bank hesabı və kartı açırsınız. 2. Paypaldan qeydiyyatdan keçib bu kartı ora bağlayırsınız. Başqa heç bir prosedur yoxdur. Sadəcə personal accountda bir müddət sonr 99% ehtimalla problem çıxacaq. hətta bəlkə ilk pul qəbulundaca blok ediləcəksiniz. Real telefon zəngi etməyinizi istəyəcəklər Gürcüstan nömrəsi ilə. Logini də ancaq Gürcüstan İP-sindən olmaq lazım olacaq. Əlavə sənəd (kommunal çek) filan da istəmə ehtimalı olacaq və.s. Qısacası məsləhət deyil. Business-də bu problemlər olmur. Sadəcə business-in həm xərcləri çoxdur, həm də sənəd işləri (şirkət açmaq, virtual da olsa ofis kiralamaq və müqavilə sənədi, aylıq vergi hesabatları üçün muhasib xərci və.s.)