Saytdan pul qazan ve vergi

Salam Şəxsi sayt açıb pul qazansam,mən vergi verməliyəm? Və necə?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Tuncay23 (2019-06-19 23:37:02)
E.Hacı zehmet olmasa cavab vererdiniz.Düzdür bu dediyim?

Tuncay23 (2019-06-18 13:41:27)
Saytdan pul adsenseye oturdu.100$ limitini çekdi.İndi men pulu almaq üçün vöen açdirıb,hemin vöene uyğunda bank karti açdırmalıyam?

E. Hacı (2019-06-18 09:30:27)
Şəxsi sayt açmaq üçün vergi vermirlər. İstəyirsiniz milyon dənə sayt açın. Heç kimdən icazə almağa gərək yoxdur. Məsələ pul qazanmaq mərhələsindən gedir. Elə ki sayt vasitəsilə kimdənsə ödəmə almaq ərəfəsinə çatdınız, həmin vaxt VÖEN əldə edib mühasib ilə məsləhətləşib işləri qanuniləşdirmək lazımdır.

Tuncay23 (2019-06-17 21:00:02)
Cox sag olun cavabiniza gore.Indi men sexsi sayt acib sonra voen alib her 3 aydan bir hesabat vererek verigi ve sosial verirem.Duzgun basa dusmusem.

E. Hacı (2019-06-17 16:48:44)
sual : Sayt qurub vergi vermesem olar? cavab: olar, amma üstü açılanda ağır cəriməyə və bəzi hallarda cinayət məsuliyyətinə cəlb edilmə ehtimalı var.

Tuncay23 (2019-06-17 16:42:12)
Sag olun cavablariniza gore.Amma 2-ci sualin cavabi başa düşmədim.Zəhmət olmasa deyerdiz

E. Hacı (2019-06-16 22:58:20)
1. Bəli 2. Pulu necə qazanacaqsınız? Ödəniş ssitemləri ilə pul almaqçün sənəd və vergi qeydiyyatı vacibdir. Yalnız pulu nəqd alan variantda vergi vermədən əməliyyatları reallaşdırmaq olar - amma bu da qanun pozuntusudur və sonra çox ağır nəticələri ola bilər. 3. internetdə yazın və öyrənin. belə şeyləri öyrənmədən əsla biznesə başlamaq olmaz. 4. onu da mühasibdən soruşarsınız

Tuncay23 (2019-06-16 20:48:46)
E.Hacı cavabiniz üçün təşəkkürlər.Bes 1) Men adsenseden ödeniş alsam 5% vergi verirem? 2) Sayt qurub vergi vermesem olar? 3) Mühasib kimdi ve nece tapmaq olar 4)Hesabati nece vermek olar?

E. Hacı (2019-06-16 10:33:40)
Çox sadə. VÖEN açırsınız özünüzə, və rüblük hesabat verib vergini də ödəyirsiniz qazanca uyğun. Sizə saytda pul odeyenler əgər əhali olacaqsa, o halda dövriyyənin 2%ni ödəyirsiniz, yox əgər sizə şirkətlər də ödəmə edəcəksə , o halda 5% gəlir vergisi odeyeceksiniz. Bir də ayda müəyyən məbləğ sosial sığorta ödənişləri var. Açdıqdan sonra bir mühasib ile məsləhətləşseniz, sizə bütün bunları izah edər. Və ya gəliriniz yaxşı olsa, elə üç ayda bir mühasibə müəyyən ödəmə etməklə o sizin üçün bütün hesabat sənəd işlərini həll eder siz də yalnız öz işinizlə məşğul olarsınız rahat . Hesabat, VÖEN sifarişi, ödəniş ve.s. hamsi online baş verir. Harasa getməyə gərək yoxdur. Yalnız bir dəfə vergiyə getmek lazım olur, o da evvelde online sifariş etdiyiniz VÖEN vəsiqəniz hazır olanda gedib götürmək üçün.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Aliexpress sipariş

Payoneer üçün ATM

eBay-dan alınan bağlamanı geri qaytarmaq

Gömrük Rüsumları

Aliexpress ve ebay iphone almaq

Megamart.az haqqında