estoniya elektron vətəndaşlığı

Salam.Bu gün Estoniya elektron vətəndaşlığı haqqında qabağıma bir bloq yazisi çıxdı.100 evro ödəməklə almaq olur.Paypal açmaq üçün illik məsrəfləri isə cəmi 200-300 evro çıxır.Bu barədə məlumatı olan var?


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(21:02, 18/06/2019 ) #75385

Salam.
Harada yazıblar 100 euro.
Bir az daha ətraflı araşdırmanız lazımdır.

Rüsumlar bank, vətəndaşlıq və.s. birlikdə 300 avroya yaxındır.
Oraya getməlisiniz birdəfə, gediş gəliş biletlərini və bir iki günlük oteli də təxminən 500 avro götürün (Sankt Peterburq və ya Kiyevdən getmək olar).

Aylıq ən azı 80 euro mühasibat ödəməlisiniz.

İlkin olaraq 2500 euro da yatırım etməlisiniz, sonra götürə də bilərsiniz o pulu gəlir adı ilə.

Vergi də 20%-dir.

Qısacası kiçik gəlirlərdə xərclər fantastik yüksəkdir. (İlkin xərc 800-900 avro + 2500 depozit + ayda 80 euro + ildə 1-2 dəfə hüquqi yardım lazım ola bilir, ona da 300-600 avro çıxır illik).

Amma gəlirlər böyükdürsə (fərdi şəxs üçün böyük, tutalım aylıq 5-10 min $ ) – o halda düşünməyə dəyər məsələdir, çünki tək Paypal yox, sizə tam hüquqlu Avropa şirkəti verirlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:59, 18/06/2019 ) #75386

    Estoniya e vətandaşlıq saytında yazılıb
    1)315 evro e vətəndaşlıq alınması üçün qeydiyyat xərci
    2)60-200 evro arası virtual ofis
    Birdəki Estoniyaya getməyə ehtiyac yoxdu.E vətəndaşlığı kartını hər bir insan Estoniyanın Bakıdakı nümayəndəliyindən ala bilər.Bunun izahedici videoları var youtubeda.Heç kim E vətəndaşlıq almaq üçün xaricə getmir

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (00:15, 19/06/2019 ) #75387

      Estoniyaya getmək – Bəli, haqlısınız, bu təzəlikcə qüvvəyə minib, indiyədək olan minlərlə e-vətəndaş isə bir dəfə Estoniyaya getmə şərtini icra edərək almışdı. Mən ən son Leapİn ilə təxminən 10 ay öncə danışmışdım, onda hələ də visit required idi.
      Ona görə də bu barədə punkta düzəliş edək və yolpulu xərcini çıxaq. Yerdə qalan xərclər isə qüvvəsindədir.

      Sizə uyğundursa, cəhd edə bilərsiniz. Amma gördüyünüz kimi, xərclər az deyil.
      Bir də, o 2500 depozit məsələsi əsas səhifələrdə yazılmır çox, next next edib sonra görmək olur ki, elə bir şərt də var. Və bir də ildə bir neçə dəfə 200-300 euro xərci olan hüquqi xidmət ehtiyacı olması da heç yerdə yazmır, o sürpriz ilə şirkəti açandan sonra qarşılaşmaq olur. Məsələn dövlət məktubu gəlir, ki şirkətiniz barədə filan filan şeylər haqda bizə hesabat verin – siz də bunu özünüz edə bilməzsiniz, leapin kimi mühasib şirkətləri də deyir ki, bu bizlik deyil, biz verdiyiniz pul müqabilində yalnız mühasibat və virtual ofis işinizi görə bilərik. Ona görə də əlavə bir neçə yüz avro ödəyin, sizin üçün bu işi həll edək

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

AZDROID cavab verdi - Aliexpress satış ortaqlığı (Admitad) (21 saat əvvəl)

nuragel cavab verdi - Qızan Notbuka Əlac Axtarıram (1 gün əvvəl)

Software Developer cavab verdi - Telefonla zəng etmək istəyənlərə telefon Vermək Düzgündümü? (1 gün əvvəl)

Ramazan cavab verdi - Worpress-də Yazılar Grid Kimi Olmur Düz Uzun Olur (1 gün əvvəl)

E. Hacı cavab verdi - Xaricdə işləmək (1 gün əvvəl)

sadiq.ziyadov cavab verdi - Suruculuk vesiqesi (1 gün əvvəl)

neo13 cavab verdi - Aliexpress satış ortaqlığı (Admitad) (1 gün əvvəl)

neo13 cavab verdi - Xarici saytlardan alış-veriş üçün hansı bank kartını tövsiyə edirsiniz? (1 gün əvvəl)

neo13 cavab verdi - Rusiyaya zəng (1 gün əvvəl)

7896 cavab verdi - Az-tv ye necə gedə bilərəm? (1 gün əvvəl)

Software Developer cavab verdi - Worpress-də Yazılar Grid Kimi Olmur Düz Uzun Olur (2 gün əvvəl)

Software Developer cavab verdi - Online radio acmaq isteyirem (2 gün əvvəl)

Software Developer cavab verdi - Yodlu Su,Ərzaq Hansılardı?Və harda satılır (2 gün əvvəl)

Tamerlan Mammadov cavab verdi - Qızan Notbuka Əlac Axtarıram (2 gün əvvəl)

murad hamid cavab verdi - otellər üçün, otel, onlayn rezerv (2 gün əvvəl)

Software Developer - 601 xal

E. Hacı - 597 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 419 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

Maqa - 281 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 20940 sualdan 93%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2019