estoniya elektron vətəndaşlığı

Salam.Bu gün Estoniya elektron vətəndaşlığı haqqında qabağıma bir bloq yazisi çıxdı.100 evro ödəməklə almaq olur.Paypal açmaq üçün illik məsrəfləri isə cəmi 200-300 evro çıxır.Bu barədə məlumatı olan var?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2019-06-19 00:15:34)
Estoniyaya getmək - Bəli, haqlısınız, bu təzəlikcə qüvvəyə minib, indiyədək olan minlərlə e-vətəndaş isə bir dəfə Estoniyaya getmə şərtini icra edərək almışdı. Mən ən son Leapİn ilə təxminən 10 ay öncə danışmışdım, onda hələ də visit required idi. Ona görə də bu barədə punkta düzəliş edək və yolpulu xərcini çıxaq. Yerdə qalan xərclər isə qüvvəsindədir. Sizə uyğundursa, cəhd edə bilərsiniz. Amma gördüyünüz kimi, xərclər az deyil. Bir də, o 2500 depozit məsələsi əsas səhifələrdə yazılmır çox, next next edib sonra görmək olur ki, elə bir şərt də var. Və bir də ildə bir neçə dəfə 200-300 euro xərci olan hüquqi xidmət ehtiyacı olması da heç yerdə yazmır, o sürpriz ilə şirkəti açandan sonra qarşılaşmaq olur. Məsələn dövlət məktubu gəlir, ki şirkətiniz barədə filan filan şeylər haqda bizə hesabat verin - siz də bunu özünüz edə bilməzsiniz, leapin kimi mühasib şirkətləri də deyir ki, bu bizlik deyil, biz verdiyiniz pul müqabilində yalnız mühasibat və virtual ofis işinizi görə bilərik. Ona görə də əlavə bir neçə yüz avro ödəyin, sizin üçün bu işi həll edək

r.cebrayilov (2019-06-18 22:59:05)
Estoniya e vətandaşlıq saytında yazılıb 1)315 evro e vətəndaşlıq alınması üçün qeydiyyat xərci 2)60-200 evro arası virtual ofis Birdəki Estoniyaya getməyə ehtiyac yoxdu.E vətəndaşlığı kartını hər bir insan Estoniyanın Bakıdakı nümayəndəliyindən ala bilər.Bunun izahedici videoları var youtubeda.Heç kim E vətəndaşlıq almaq üçün xaricə getmir

E. Hacı (2019-06-18 21:02:39)
Salam. Harada yazıblar 100 euro. Bir az daha ətraflı araşdırmanız lazımdır. Rüsumlar bank, vətəndaşlıq və.s. birlikdə 300 avroya yaxındır. Oraya getməlisiniz birdəfə, gediş gəliş biletlərini və bir iki günlük oteli də təxminən 500 avro götürün (Sankt Peterburq və ya Kiyevdən getmək olar). Aylıq ən azı 80 euro mühasibat ödəməlisiniz. İlkin olaraq 2500 euro da yatırım etməlisiniz, sonra götürə də bilərsiniz o pulu gəlir adı ilə. Vergi də 20%-dir. Qısacası kiçik gəlirlərdə xərclər fantastik yüksəkdir. (İlkin xərc 800-900 avro + 2500 depozit + ayda 80 euro + ildə 1-2 dəfə hüquqi yardım lazım ola bilir, ona da 300-600 avro çıxır illik). Amma gəlirlər böyükdürsə (fərdi şəxs üçün böyük, tutalım aylıq 5-10 min $ ) - o halda düşünməyə dəyər məsələdir, çünki tək Paypal yox, sizə tam hüquqlu Avropa şirkəti verirlər.