Aliexpress-dən Gəlməli Bağlama

Salam. Notbuk batareyası sifariş etişəm. Satıcı Amerkadandır. USPS adlı Amerkan poçtu ilə göndərib. İzləmə kodu budur: LY311748999US USPS rəsmi saytı (https://tools.usps.com) , həmçinin bütün digər qlobal izləmə saytları (məsələn 17track, global.cainiao) göstərir ki, bağlama ayın 20si Amerkadan çıxıb və ayın 23ü Bakı Hava Limanına eniş edib. Amma azərpoçtun öz izləmə saytı isə bağlama haqqında ayın 20si Amerkadan çıxdığını göstərir, qalan başqa heçnə göstərmir. Məncə ayın 23ü Bakıya gəlməsini sistemə yazmayıblar. Rayonda qalıram, normalda bağlamalar 7gündən artıq saxlanılmadan rayona göndərilməlidir, amma 155-ə yığıb danışıram, azərpoçtun saytına baxıb deyirlər ki, ayın 20si bağlama Amerkadan çıxıb, amma Azərbaycana çatmayıb hələ. Deyirəm ki, axı onun rəsmi saytı və bütün digər izləmə saytları göstərir ki, ayın 23ü Bakıya enib, deyir ki yox əsas azərpoçtun saytıdır, o birilər yalandı... Nə edə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

nuragel (2019-07-11 15:02:34)
Dostlar təcrübə olsun deyə yazıram: dünən səhər batareyalar rayona gəldi, getdim götürdüm. Amma Azərpoçtun saytı hətta mən bağlamanı götürsəm və ordakı işçi kampüterə yazsa da yenə də göstərirdi ki, guya bağlama Azərbaycana hələ daxil olmayıb.

Maqa (2019-07-01 23:41:17)
problem olmaz. izləmədə satıcı özü görəcək ki, geri qaytarılır

nuragel (2019-07-01 17:21:27)
Dəyərli vaxtınızdan ayırıb cavab yazdığınız üçün təşəkkür edirəm. Azərpoçt ilə bir daha əlaqə saxladım, belə başa düşdüm ki, gözləməliyəm 60 gün tamam olsun, sonra pulun geri qaytarılmasını tələb etməliyəm. Amma malın Azərbaycana daxil olması qeyd olunduğu üçün o da alınacaqmı bilmirəm.

Maqa (2019-07-01 15:57:14)
Azərpoçtun sistemi yaxşı işləmir, 2 həftə olar ki, məhsul almışam amma azərpoçt saytında hələ pdm-i göstərir. Ama probleminiz davam etsə PDM-lə əlaqə saxlayın, operator malın işlənib nə vaxt göndəriləciyini deyir orada

E. Hacı (2019-07-01 14:28:04)
Bir neçə gün də səbr edin. Əgər yenə gəlməsə, məhsulun pulunu geri istəyin. Hazırki durum onu göstərir ki, mal ümumiyyətlə gömrük yoxlamasına filan gəlib çıxmayıb, ilk gəldiyi yer haradırsa, orada da qalıb. Normalda bir neçə saata gömrüyə verilməli idi, o da mütləq trackingə düşməli idi. Amma sizin durumda görünür ki, hansısa səbəbdən mal yerindən tərpənmir. Bir neçə gün də səbr edin

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Amazondan sifariş verə bilərəm ya yox ?

Aliexpressdən kamera almaq

SİFARİŞ AZBAKADADIRSA NƏ ZAMAN TƏYİNAT NÖQTƏSİNƏ ÇATAR?

Aliexpressdə malın çatma müddəti

Skrilldə necə hesabı verify etmək olar?

Mənə sifarişim gəlməyib.