computer engineer və computer science

sizə bir sualım var.Türkiyədə programcı və yazılımcı arasında fərq qoyulur.Azərbaycanda da kompüter mühəndisliyi və kompüter elmləri arasında fərq qoyulur.hansı eynidir? programcı(türkcə) ilə kompüter elmləri programcı(türkcə) ilə kompüter mühəndisliyi yazılımcı(türkcə) ilə kompüter mühəndisliyi yazılımcı(türkcə) ilə kompüter elmləri

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2019-07-04 14:57:21)
tətbiqi riyaziyyat, informatika, kompüter elmləri, kompüter mühəndisliyi və.s. onsuz da dediyim kimi, heç biri sizi developer etməyəcək, sadəcə ümumi baza və istiqamət verəcək, 90% isə sizin özünüzdən asılı olacaq

programist123 (2019-07-04 12:42:45)
bəs mən azərbaycanda iki ixtisasdan hər hansı birini seçib developer ola bilərəm?

E. Hacı (2019-07-04 12:07:16)
Çox yormayın özünüzü bu terminlərlə. Hansını istəyirsiniz seçə bilərsiniz. Onsuz da heç bir universitet proqramçı peşəsi üçün makina kimi hazır məhsul yetişdirə bilmir. 90% yük düşür tələbənin öz fərasətinə. Məsələn mən computer science-da oxuyurdum, bəzi dostlarım isə bizə paralel olan kompüter mühəndisliyində. Sonuc nə oldu ? - bizim qrupun 70-80%-i heç bir bacarıq əldə etmədən hərəsi fərqli bir peşəyə getdi, onların qrupunun da eynən 70-80%-i. Hər iki qrupun qalan 20-30%-i proqramlaşdırma, DBA, ERP və.s. mütəxəssisləri oldular. Yəni tam qarışıq şəkildə. İxtisasın heç bir fərqi olmadı. Çünki hər iki ixtisasın bazası eynidir. keçilən dərslərdə fərq olur - ki təcrübə göstərir ki bu dərslər tələbənin aqibətinə təsir etmir. Əsas baza olaraq bu sahəni seçən tələbə özünə ən çox uyğun gələn ixtisası sonralar özü könüllü seçir. yazılımcı, proqramcı kimi terminlərə da baş yormayın, mənasız şeylərdir. Əvvəllər klassik olaraq proqramçı vardı, sonralar koder, developer, devops və.s. kimi anlayışlar da yarandı. Çünki sahə inkişaf edib çoxlu qollara ayrıldıqca dar ixtisaslaşmalar yaranır və yeni terminlərlə adlandırılır. Dediyim kimi, qətiyyən fikir verməyin bu şeylərə. Sadəcə "proqramlaşdırmanı seçirəm" deyin özünüzə - və bu bəs edəcək.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Proqramist üçün hansı dilləri bilmək lazımdı

software devoloper / 3D Home Design

PROQRAMIST və riyaziyyat

Proqramistə ehtiyacım var

men BANM-i proseslerin avtamatlasdirilmasini bitirsem asanliqla is rapib normal maas ala.bilerem??

Komputer öyrənmək