WordPress Admin Panel

Salam, admin panele giriş etdikdə ağ səhifədə qalır. 2 ay əziyyətim demək olar ki kimsə kömək etməsə heçə gedəcək backup da almamışdım bəxtsizlik dən. sayta girirsən fayllar zaddar görünür index yoxa çıxıb . Wp-configden debug true eledim xeta budur; Warning: require(/home/bangtan/public_html/wp-admin/menu-header.php): failed to open stream: No such file or directory in /home/bangtan/public_html/wp-admin/admin-header.php on line 231 Fatal error: require(): Failed opening required '/home/bangtan/public_html/wp-admin/menu-header.php' (include_path='. ; ; Windows: \path1') in /home/bangtan/public_html/wp-admin/admin-header.php on line 231

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Yusif Vahabzade (2019-07-15 12:00:02)
Hosting firmasına deyin bir neçə gün əvvəlki halına qaytarsınlar hostinqi.

turalgurbanli (2019-07-05 16:08:15)
Smarthost.az php 5.6.40 , tesekkurler birazdan yoxlayib melumat vererem

turalgurbanli (2019-07-05 12:49:03)
Smarthost.az php 5.6.40 , tesekkurler birazdan yoxlayib melumat vererem

E. Hacı (2019-07-05 12:42:11)
Hansı hostingdir sizdə ? Php versiyası neçedir? Bir də bunları edin. Əsas papkadaki wp-config xaric bütün faylları yeni yüklədiyiniz son versiya WordPress faylları ilə əvəz edin. Yəqin başa düşdünüz nəyi deyirəm. Bütün php ilə bitən faylları var onları əvəz edin son versiya ilə. Əsas ona diqqət edin ki səhvən wp-config faylina və ya wp-content papkasina toxunmayasiniz

turalgurbanli (2019-07-05 12:38:10)
Dedikdiniz hamsini etdim old adlari verdm papkalara zipden cixartdm tese yukledikmi wp admin wp include ni yukledim public html a, deyirem belke wordpress in teze versiyasinda ki wp admini falan yukledim deye beledir?

E. Hacı (2019-07-05 12:34:38)
Yanaşma düzgün deyil. Burada problem həll etdirmirlər, sual verib cavab alırlar. Əgər problem həll olmursa, demək ki, ola bilər sualı düzgün qoymursunuz və ya cavablardaki təlimatı icra etmirsiniz. Əgər sual ilə ifadə edilməyəcək problemidirse, o halda fb qruplarda filan mütəxəssisə müraciət edə bilərsiniz.

turalgurbanli (2019-07-05 11:48:23)
Bey, bildiyim gederi ile duzgun etmishem ama ola biler yenede yeqin nese var, sizinle nece elage saxlaya bilerem ki girish bilgilerini verim siz duzelderdiz, hegigeten cox onemlidir menim ucun..

E. Hacı (2019-07-05 09:19:30)
dediklərimdən nəyisə düz etməmisiniz demək ki. bir də php versiyanız hansıdır ona diqqət edin. 5.6 və ya daha sonrakı versiya olmalıdır. o funksiya "wp-includes/error-protection.php" faylında yerləşir və " Call to undefined function wp_recovery_mode()" erroru verə bilməz.

turalgurbanli (2019-07-05 00:57:33)
Dediyinizi etdim bele oldu Fatal error: Call to undefined function wp_recovery_mode() in /home/bangtan/public_html/wp-includes/load.php on line 812

E. Hacı (2019-07-05 00:35:04)
Səbəb qaranlıqdır necə ola bilər ki sistem qovluğundan fayllar itə. Amma əlacı budur ki: 1. wp-admin və wp-includes papkalarinin adini deyisin wp-admin-old, wp-includes-old qoyun. 2. wordpress.org-dan wordpress endirin, içini extract edib wp-admin və wp-includes papkalarını daşıyın saytınızın filesysteminə. 3. girin wp-admin-ə, uzaqbaşı bir dənə UPGRADE düyməsi çıxacaq, klik edəcəksiniz və adminka normal açacaq. 4. sonra da wp-admin-old, wp-includes-old papkalarını silin.