Payoneer üçün dollar hesabı kartı

Salam. Mövzuları oxudum, ancaq bu barədə bir dolğun cavab tapa bilmədim. Belə bir qərara gəldimki payoneerdəki pulu əldə etmək üçün payoneeri kartı sifariş etməkdənsə, ywrli bank kartına ötürmək daha sərf edir. Ən azından illik ödəniş olan 29.95 USD dən azad olursan. Bildiyim qədəri ilə payoneerdən yerli karta köçürmə edəndə 15 USD kommisiya tutur. Bundan əlavə də bizim bank hardasa 0.8-1% kommsiya tutmalıdır. Sualım odurki, bu faiz fərqli banklarda fərqlidir? Və ümumiyyətlə kim payoneerdən hansı bankin hesabina köçürmə edib nagdlashdirib, və razi qalib? Ela bank varmı ki ümumiyyətlə payoneerdən gələn məbləği qəbul etmir? Öncədən kömək edənlərə təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2019-07-10 12:03:48)
"O pul bank işçisindən asılı olmadan bank kartına gəlmirki, özün gedib bankomatdan çıxardasan?" Cavab: Bank kartına pul gəlmək deyə bir şey yoxdur axı. Pul hesaba gəlir. Kart da hesaba bağlı olur. Əgər tranzaksiya hesaba gələrkən bankın "xoşuna gəlməzsə", o halda kartda görünmür, hesabda qalır, blok edilmiş şəkildə. Siz də görəndə ki pul heç cür oturmadı karta, gedirsiniz banka ki, baxın görün pulum hardadır - baxın orda deyirlər ki, bəs pul gəlib amma biz blok etmişik. və ya bəzən bank özü əvvəlcədən zəng edib deyir, ki bəs indicə sizə pul gəlib amma blok etmişik, banka yaxınlaşın, aydınlaşdıraq. "Maraqlıdır, kimsə praktikada pulun köçürülməsi üçün hansı bank kartından istifadə edib və nə kimi komissiya ve problemlə üzləşib?" Dediyim kimi, sürpriz komissiya olmur, nə deyilirsə o da çıxır. Və təbii ki real praktika əsasında danışıram. Sadəcə payoneer saytında görmədiyiniz tək nüans o VÖEN məsələsidir, o da dediyim kimi, bəxtə bağlıdır bir növ, olanda olur, olmayanda olmur. Bu işin qanuni tərəfini də qısaca deyim: - Qanuna görə hər pul qazanan vergi ödəməlidir, birmənalı. - Xarici praktikada heç kim bu tip transferdə dəyib dolaşmır, pul rahatca gəlir oturur hesaba, vətəndaş isə dürüst bir vətəndaş olaraq vergi dövrü yetişəndə gəlirini bəyan edib vergisini ödəyir. Çünki bilir ki, təsadüfən üzə çıxsa ki, onun vətəndaş hesabına pul gəlib və o barədə bəyan etməyib, o halda o pulun qat-qat çoxu miqdarında cərimə gözləyir. - Bizim praktikada isə bir az pisdir bunun həlli. Güvən və nəzarət problemi var deyə, müvafiq orqan istəyir ki pullar hamsı VÖEN hesaba daxil olsun, nəzarət etmək də rahat olsun. Ona görə də banklara da tapşırırlar ki, kim ki pul qazanır, onlıara deyin ki, pulu adi hesaba yox, VÖEN hesaba köçürüb pullarını qazansınlar. Çünki adi hesablara nəzarət edə bilmirik. Xaricdə isə, dediyim kimi, bunun önəmi yoxdur tək fərd olaraq qazandığın pul hara gəlir. Vətəndaş özü onsuz da dürüst davranıb məbləği bəyan edib vergisini ödəyir.

ElchinJavadov (2019-07-10 11:56:17)
Təşəkkür edirəm cavabınız üçün. O pul bank işçisindən asılı olmadan bank kartına gəlmirki, özün gedib bankomatdan çıxardasan? Maraqlıdır, kimsə praktikada pulun köçürülməsi üçün hansı bank kartından istifadə edib və nə kimi komissiya ve problemlə üzləşib?

E. Hacı (2019-07-10 10:15:22)
Ən azından illik ödəniş olan 29.95 USD dən azad olursan - bəli Bu tip faiz fərqləri banklarda fərqli olmur. İmtina edən bank da olmamalıdır. Sadəcə bir məsələ var ki, ola bilsin ki, bank sizdən VÖEN hesaba qoşmağı tələb elədi - qanun bunu tələb edir yəni, bankın öz fikri deyil. Xaricdən daimi pul gəlirsə, bu artıq biznes deməkdir mikro da olsa, ona görə də vergi verilməlidir (2 və ya 5% - mənbədən asılı olaraq). Düzdür, mən bilən əksər bank hazırda bunu tələb etmir, amma hərdən eşidirəm ki tələb edən də olur və pulu vermirlər, ta ki VÖEN hesab açana qədər. Hansı bankda bu belədir, hansında deyil - buna birmənalı cavab vermək olmaz. Çünki eyni bankda həm tələb etdikləri, həm də etmədikləri hal olur. Qısacası bank işçisinin bu mövzudakı savadından asılıdır. Əgər yetərincə məlumatlıdırsa, o halda pulu vermir və adi vətəndaş hesabına yox, VÖEN hesabınıza köçürün deyə tələb edir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Youtube kanal acma

Rusiyadan catdirilma

PayPal Azerbaycan da işləyirmi?

Online sifariş limitin 1000 dollardan 150 dollara salınması

Gömrükde qalan telefon

Veriliş adı