18+ online shop

Salam, sualım 18+ online shop saytlarından sifariş edilən əşyalar, məhsullar haqqındadır. Bir neçə sayta baxmışam hamısından Azərbaycana göndəriş var, yəni ki məhsullar satılır. Amma bilmək istəyirəm bu saytlarda olan əşyalardan hər hansı birini sifariş etsəm, online alsam, bizim poçtlara çatdırılmasında qadağan var? Əslində sifariş etmək istədiyim həmin məhsulun satış qiyməti böyük məbləğ deyil.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Maqa (2019-07-13 21:06:06)
sistemdə boşluq n qədərdir, ama düzəldən yoxdur, inhisarçılıq düzəldib at oynadırlar vəziyyət budur

Sualim Var (2019-07-13 20:24:55)
Vallah mən nə porno ulduzam nə də ki o sifariş vermək istədiyim əşya ilə pornoya çəkilmək fikrim yox idi. :D Bəli, bizim ölkədə müdaxilə edilməsi lazım olan şeylərə müdaxilə olunmur amma müdaxilə edilməməsi lazım olan şeylərə müdaxilə olunur. O əşya ilə kimisə öldürmək də mümkün deyil, kimyəvi maddə də deyil, sağlamlığa zərəri də yoxdur.

Maqa (2019-07-13 00:46:15)
Bəli gətirənlər var, qeyd etdiyiniz kimi qanunsuz yollarla və yaxud kiminsə vasitəsi ilə, ancaq ölkədə bu qadağa kiminsə şəxsi həyatına qarışmaqdan başqa bir şey deyil

E. Hacı (2019-07-12 22:44:02)
Gömrük məcəlləsi, Maddə 214.1 - aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır 214.1.3 - pornoqrafik materialları və ya əşyalar; https://customs.gov.az/modules/law/lawfolder/2/FILE_1AC6A5-D3BFB4-988C29-A604FB-B3B660-95CFE8.pdf

Sualim Var (2019-07-12 19:16:37)
Mən o saytların birində online müştəri xidmətinə yazmışdım və mənə cavab yazıldı ki, əslində qanunla qadağan deyil Azərbaycana sifariş etmək amma gömrükçülər özləri poçtlara göndərmirlər. Və həmin saytda mənə yazdılar ki, bizim saytdan sifariş verənlər olub Azərbaycandan və problemsiz əldə ediblər sifarişlərini. Mənə də maraqlıdır, necə əldə ediblər? Öz "qanunlarını" tədbiq ediblər yəqin. Dəqiqləşdirmək üçün soruşdum, aydın oldu, deməli sifariş verməməliyəm boş yerə. Cavabınız üçün çox sağ olun.

Maqa (2019-07-12 16:57:36)
Buraxmırlar, ancaq satan səhifə görmüşəm instagramda. Keçənlərdə bir nəfərin malını saxlamışdılar və heç cürə ala bilmirdi