Almaniya bank kartı üzərindən qazandığım pula görə vergi ödəmə

Salam, Mənim belə bir sualım var. Bildiyiniz kimi bizim ölkədə xaricdən ödəniş almaq ya qeyri mümkündür yada dolayı yolla xərci çox olur. Əgər mənə təmin olunmuş, başqasının adına olan amma mənim istifadəmdə olan Almaniya bank kartı ilə ödənişlərimi paypal və ya hər hansı şirkət üzərindən alsam bunun üçün Almaniya vergi sisteminə uyğun olaraq vergi ödəməliyəm? Yəni nə vaxtsa kartın sahibinə qarşı məhkəmə qaldıra bilərlər? Əslində məntiqlə ödəmək məcburiyyətindəyəm. Dedim bəlkə ehtiyac olmaz. Ümumiyyətlə PayPal-ın nə vaxtsa Azərbaycana gəlməsi ilə bağlı bir xəbər var? Cavablara görə indidən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Kenan Besirov (2019-07-18 21:22:56)
Ətraflı cavab üçün çox təşəkkürlər. Anladım

E. Hacı (2019-07-15 00:08:29)
"Bildiyiniz kimi bizim ölkədə xaricdən ödəniş almaq ya qeyri mümkündür yada dolayı yolla xərci çox olur" Heç də elə deyil. Paypal-ın olmaması böyük problemdir bəli. Amma digər alternativlər yox deyil. Xərci də başqa ölkələrdə olduğu qədərdir və hətta bəzən daha azdır. "Almaniya bank kartı ilə ödənişlərimi paypal və ya hər hansı şirkət üzərindən alsam bunun üçün Almaniya vergi sisteminə uyğun olaraq vergi ödəməliyəm?" Sözsüz. Məhkəmə yox, elə ilk ödənişdən bir müddət sonra kart sahibinə ağır vergi cəriməsi gələcək. Ki sən niyə sahibkar olduğun haqda xəbər belə vermədən burada pul qazanmaqla məşğulsan. Gəl cəriməni ödə və bir də tax İD filan əldə edib qanuni sahibkarlıq edib hesabatını və vergini ver. "Ümumiyyətlə PayPal-ın nə vaxtsa Azərbaycana gəlməsi ilə bağlı bir xəbər var?" Mənim fikrimcə gələr 1-2 ilə. Sadəcə gümandır. Konkret bir xəbər yoxdur. Bir neçə dəfə cəhdlər olub, dövlət səviyyəsində də bir dəfə maraqlanıblar Paypalı dəvət ediblər - amma görünür ki, onları qane edən şərtlər mövcud deyil bizdə hələ də.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

paypal history

Piyada cerimesi

Dövlet qulluqcularinin pensiyasi sizin banka yönlendirilib?

Aliexpressdən telefon sifariş vermişəm qalib.

Dubay saytlarindan telefon almaq

Youtube kanalımı necә reklam edә bilәrәm