Hosting yoxsa server

Salam əziz dostlar, Bir web layihəm var bunun üçün codecanyon saytından bir script alacam ama almamışdan öncə sizlərdən məsləhət almaq istədim. Deməli saytda şəkillər paylaşılacaq, mesajlar göndəriləcək, istifadəçilər bir birini izləyəcək, paylaşılan şəkillər bəyənilib rəy yazıla biləcək. Demək olar saytın əsas özəlikləri bunlardır. Belə bir sayt üçün mən hostingmi seçməliyəm yoxsa servermi Əsas məqsəd saytı yormasın daha tez işləməsini təmin etməkdir. Onuda qeyd edimki sayt bütün Azərbaycan üçün yox sadəcəcə çalışdığım şirkətin işciləri üçün nəzərdə tutulub. Təqribən 500+ istifadəçi olacaq.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

DoNCoDeR (2019-07-20 02:26:13)
Salam Keyfiyyətli Hosting Və Ya server istəsən mənimlə əlaqə saxla 0777203777 həll edə bilərik

az-hosting (2019-07-16 02:14:05)
Demək olar müasir dövrdə artıq mini serverlər hostinq qiymətinə satılır, buna görə 80-90% serverlər hostinqlərə həddən artıq az istifadə limiti qoyurlar. Bu sizə istədiyiniz effekti verməyə bilər. Hostinq seçimində bu limit məsələlərinə diqqət edin. VPS/VDS seçimi daha məqsədə uyğun olar. Bunu proqromistlə də aydınlaşdırın. Bəzən ola bilir ki, müstəqil yazılan scriptlərdə elə funksiyalardan istifadə edilir ki, shared hostinqlərdə həmin funksiya və modullara icazə olmaya bilər. Əlavə sual və ya xidmətlərimizdən istifadə etmək üçün bizimlə də əlaqə saxlaya bilərsiniz. +994555794737 (whatsapp 7/4 texniki bölme) +994705794737 (yalnız zəng 09:00-18:00) www.az-hosting.org

E. Hacı (2019-07-15 00:11:30)
Bu tip tələb üçün hostinq bəs edir. Sadəcə tək kriteriya odur ki, keyfiyyətli hostinq olsun. 90% hostinqlər zaydır. Cloud Server isə daha yaxşıdır bu tip layihə üçün, sadəcə orada texniki iş çox olur (Serveri up-to-date saxlamaq, qayğısına qalmaq və.s.) - məsələn siz deyən tələbi aylıq 10-20$lıq DigitalOcean serveri tam ödəyər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Bu Domain ilə nə edə bilərəm ?

Android Layihe+Eclipse programı

Hansı layihə məsləhətdir