Qızan Notbuka Əlac Axtarıram

Salam. Qrafika və animasyiya işi üçün mənə çox güclü notbuk lazım idi. Çox güclü stolüstü kampüterim vardı, amma stolda işləməkdən quruyub qalmışdım deyə notbuk almaq istədim. Nəhayət az işlənmiş Asus Rog Gl753vd notbukunu 1800 manata aldım. Güclüdür, amma sonradan baxdım ki, bunun cəmi 1 fan (sərinkeş fırfırası) olurmuş. Render edərkən istiliyi 85 dərəcəyə qalxıb-düşür. Saytında baxdım: bunun prosessoru və videokartı 100 dərəcəyəcən normal işləyir, yəni bu yüksək dərəcə bu notbuk üçün standartdır, amma özüm belə istilikdən bezirəm. Notbukun altına Aliexpress-dəki böyük razmer (17.3) ən güclü soyuducunu aldım, eyni şey oldu, çünkü o soyuducu sadəcə alt tərəfdən notbuka hava verir. Bu notbuk özü də havanı onsuz da yaxşı götürürmüş deyənə istiliyi eyni dərəcədə qaldı. Sonra notbuk üçün vakumlu sərinlədici aldım, onu da notbukun hava çıxan yerinə taxırsan, havanı çox güclü çəkir (fırlanma sürəti 4500rpm). Amma yenə eyni nəticə oldu, notbuk üçün sanki 80dərəcədə işləmək standartdır. Mən özüm işimlə əlaqədar bir kiçik animasiyanı 2-4 günə düzəldirəm, gedib taxta uzanıb notbuku sinəmə alıram, saatlarla fasiləsiz işləyirəm, problem yoxdu, amma notbukun istiliyindən narahat oluram. Qabaqcadan bilmirdim bu notbuk üçün istilik belə standart düzəldilib, bilmirdim bunun 1 fanı olurmuş. Daha doğrusu mən özüm rayonda qalıram, bakıdakı tanışıma dedim ki sırf Asus Rog notbuku tap al mənə, çünkü Asus Rog-un soyutma sistemi güclü olur, o tanışımın da günahı yoxdu, aldı, iş belə gətirdi ki, bu model oyun oynayanlara əladı, amma mənim işim çox ağır render ilə bağlıdır. Notbukun içi tərtəmizdi, toz belə yoxdu. Yəni qızma ondan deyil, sadəcə bu modeldə 1cə dənə fan (fırfıra) qoyublar. İndi aliexpres-də notbukun dvd yerinə taxılan sərinlədici görmüşəm, biri elə də yaxşı gözə dəymir. Amma o birisi isə super görsənir, heyif o mal ancaq eləı satıcıdadır ki, Azərbaycana göndərmir. Linkləri yazıram, xahiş edirəm baxın görün sizcə bunları almağa dəyərmi: 1) https://www.aliexpress.com/item/32894902965.html 2) https://www.aliexpress.com/item/32366134720.html

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

nuragel (2019-07-22 16:06:28)
Təşəkkür edirəm cavab üçün. Amma o link verdiyinizdən də güclüsünü aldım, xeyir etmədi, aldığım bu 6 fırfıra olandır: https://m.tr.aliexpress.com/item/33009598647.html

Tamerlan Mammadov (2019-07-21 16:05:42)
Men kohne komputerimde bundan almisdim qizin sonmeyinin qarshisin alirdi. G610M karti ile GTA 5 oynayirdim bunu qoshanda. https://m.tr.aliexpress.com/item/32608314899.html?trace=wwwdetail2mobilesitedetail&productId=32608314899&productSubject=Professional-external-Laptop-Cooler-Pad-14-15-6-17-with-5-fans-2-USB-Port-slide&spm=a2g0s.9042311.0.0.27424c4dAIWAMw

nuragel (2019-07-20 19:03:36)
Təşəkkür edirəm, dediklərinizi etmişəm, nəticə eyni standart qalıb. Heyif sistem özü belə qurulub, tək bir fan ilə yığılıb

DoNCoDeR (2019-07-20 02:24:39)
thermopasta nı təzələ Fanın tozunu al Birdə yay vaxtı qızması normaldı

niftaliyev (2019-07-16 18:20:38)
Salam. Bu qədər kömək edən vasitələrdən istifadə etmisiniz və köməyi dəyməyibsə, bunu almağın məncə bir anlamı yoxdur. Lap deyək ki, kömək etdi, amma inanın ki, 5 dərəcə salsa böyük şeydir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Kompüter enerji yığmır.

Notbuk Hardan Getizdirmek Olar?

Amerika’dan Notebook göndərilməsi və şərtləri

Notbuk parolunun formatsız açılması

Notbukda programlar qarisib

Notbuk secimi