Fiverr və vergi

Salam. Fiverr-də qazanılan pulun vergisini ödəmək lazımdır yoxsa bunu fiverr öz üzərinə götürür? Ödəməliyəmsə bu gəlir vergisi olmalıdır yoxsa sadələşdirilmiş?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2019-07-18 22:09:20)
Fiverr özünə qalan pulu götürür vergisini verir. Sizə çatan hissə isə sizə aid məsələdir, onun Fiverr-ə aidiyyatı yoxdur və vergisini də ödəmir təbii ki. Vergilər nazirliyinin sual-cavab bölməsində oxşar mövzuda cavab yazmışdılar ki, 5% gəlir vergisi ödəmək lazımdır. Amma birbaşa qanunda bu haqda bəhs edən hissə yoxdur bildiyim qədərilə. Məsələ belədir ki, bizdə mikro biznesdə gəlir vergisi qarşı tərəf şirkətdirsə, VÖEN-i varsa o halda olur, əks halda sadələşmiş olur. Xaricdən gələn gəlir isə bu iki qaydanın heç birinə uymur. Ona görə də məntiqlə belə olmalıdır ki, xaricdə pulu adi adamlara xidmət göstərərək qazanırsınızsa, sadələşmiş, əks halda gəlir vergisi ödəmək. Amma dediyim kimi, bu haqda dəqiq qayda yoxdur deyə məsələ gəlir çıxır nazirliyin verəcəyi cavaba. Ona görə də siz də elə edin, 195-ə zəng edib xidmətinizi təsvir edin və sizə desinlər hansı tip vergi ödəməlisiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hüquqi şəxsin ləğvi prosesi

Vergi hesabatının təsdiqlənməsi və sosial müdafiə ödənişi

Qazancım Olmasada Vergi Çıxılır?

Şirkət Açmaq Vergi

Telefonlar mərkəzi poçtdan alınmalıdır ?

1.40 qepik poct haqqi ne zaman verilir?