Opencartin derslikleri var?eger varsa zehmet olmasa ata bilersiz?
Size emelli bashli ecommerce sayt lazimdir.
OpenCart məsləhətlidir fikrimcə. Əgər online ödəniş olmayacaqsa işiniz asandır. Domen .com ilə açsanız, Name.com'dan illik (birinci il) 9 dollardan başlayan qiymətlə əldə edə bilərsiniz. Hosting olaraq free hostinglər var amma məsləhət deyil. Əgər yox mütləq free olsun deyirsinizsə, biznesiniz oturuşana qədər Googiehost deyilən hosting şirkətini seçə bilərsiniz. Free SSD hosting verir, free ssl sertifikat verir, cpanel girişi var, email var və s. Amma dediyim kimi, free hosting'lər müştərini atmağa bəhanə axtarır. Xüsusən də bandwidth söhbətinə diqqət etmək lazımdır. Mən ucuz olan və qiymətinə görə əla supportu olan FastComet məsləhət görə bilərəm başlamaq üçün.
OpenCarta şıx görünüşlü bir tema ala bilərsiniz və ya free olanlardan istifadə edə bilərsiniz. Sonra sizə qalır tərcümə etmək. Stokda varmı, yoxmu, bu şeyləri idarə etmək bəsit şeydir.
Mənə envatodan pulsuz olaraq aşağıda göstərdiklərim verilmişdir.
https://codecanyon.net/item/norsani-multivendor-food-ordering-system/22255486
https://codecanyon.net/item/improved-sale-badges-for-woocommerce/9678382
Bunlar hal hazırda əlimdə var.
Bəli sizin dediyiniz wordpress cmsibilirəm.
Sadəcə olaraq mən voocommerce dəki kimi online satış etməyəcəm .. zəng edəcəklər istəyən olsa və ya yazacaqlar .. yerində ödəmə ilə çatdırılma olacaq.
Bunun üçün mən shopify da bilirdim lakin mən pulsuz istəyirəm.. vorpressdə mən bu dediklərimi araşdırıb pulsuz edə biləcəm?
Təsvir etdiklərinizin qısaca adı var: E-Commerce
E-Commerce CMS-lər çoxdur, WordPress üzərində olan WooCommerce var, və ya ayrıca CMS olan Opencart, Prestashop və.s. var.
Hamısı da pulsuzdur. Sadəcə siz texniki bilik və ya bu sahədə təcrübə olmadan onu pulsuz edə bilməzsiniz. Yəni qətiyyən mümkün deyil.
Hostinq, domen, veb sayt quraşdırmaq, woocommerce install etmək, data import etmək və.s.
Təəssüf ki, bunların pulsuz yolu olmur əgər mütəxəssis deyilsinizsə. Müəyyən büdcə ayırıb bu sahədə bilən biri ilə işləyə bilərsiniz.
Və yaxud da online kurslardan filan
how to install wordpress
how to install woocommerce
filan yazıb ardıcıl gedə gedə öyrənə bilərsiniz bir neçə aya.
Wordpress, Blogspot və.s. ilə bu mümkün deyil. Yuxarıda bəhs etdiyim WordPress sizin bəhs etdiyiniz Wordpress.com deyil, tam ayrı bir platformadır.
Wordpress.com, blogger.com ancaq bloq yazmağa yarayır, WordPress CMS isə üzərində e-commerce qurulması mümkün olan platdormadır, sadəcə onu gərə öz serverinizdə qurasınız, hansısa saytda hesab açmaqla olmaz o.
WordPress-də custom post type ID tapmaq
WordPressdə kateqoriya ilə bağlı plugin