Xaricə (Amerika yaxud Almaniya) gedib orada qalıb işləmək üçün hansı icazəni almalıyam? Oraya getdikdən sonra hansı problemlər ilə üzləşirsən? Bildiyimə görə 6 ay qalmaq müddəti verirlər. Mən isə gedib ən az 1-2 il qalmaq istəyərəm, bunun üçün ən sadə yol kimi nəyi tövsiyyə eliyərsiz?
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
1
Xarici ölkələrdə işlləmək üçün iş vizası almalısınız. Bu da bəli 6 ay və ya 1 il olur, uzatmaqda olar. Ancaq əsas məsələ vizanı almaqdır. Hətta bu yaxınlarda övlad öz ata anasını vətəndaşı olduğu ölkəyə aparmaq üçün belə viza ala bilmir. Çox bərbad gündədir viza sistemi, artıq Şimali koreyaya doğru gedirik, birazdan sonra dövlət adamları və tanınmış şəxslərdən başqa heç kimə heç turist vizası belə verilməyəcək
0
Vizanı bizim dövlət verirki? Düzdü almaq son illərdə çox çətinləşib. Bəs işçi vizasını almaq üçün əsasən nələr tələb olunur ? 2-3 il orada qalıb işlədikdə vətəndaşlıq verilir?
0
Bu tip məlumatları toplamaq üçün ya özünüz internetdə geniş araşdırma aparıb məqaələlər oxumalısınız, səflrik saytlarında qaydalarla tanış olmalısınız. Ya da vizam.az tipli xidmətlərdən istifadə edirsiniz, ödəniş edirsiniz, və istədiyiniz mövzunu sizə tam başa salıb hər xırdalığa qədər öyrədirlər.
İşçi vizası hər ölkəyə görə dəyişir. Yaxşı rifahlı ölkələrdə işçi vizası almaqçün ya gərək yerli bir şirkət sizi istədiyinə dair sənəd verə, ya da diplomunuz, dil biliyi sertifikatınız, əvvəlki işlədiyiniz yerlərdən çıxarış sənədləri və.s. ilə göndərib cavab gözləyəsiniz, ya gedib orada magistr filan təhsili alıb bu sayədə 6 aylıq iş tapma möhləti alasınız və.s.. Hər ölkənin özünə aid şərtləri var.
Vətəbndaşlıq isə ağır mövzudur. Bəzi ölkələrdə 5 il, bəzilərində 7 il yaşayandan sonra müraciət etmək olur, amma sadəcə müraciət etmək – hə cavabı verəcəkləri demək deyil bu. 15 il yaşayıb vətəndaşlıq almayanlar da olur.
0
Əsas gediş üçün visa almaqdır. Alabilmisənsən işçi visasını düzəltmək çox asandır
Sual verin
Cavab verin