Saytımın adını yazmasan saytımda olan yazı googledə çıxmır

Google saytımı yüngülvarı indexləyib,saytımda olan yazını googledə axtaranda qabağınan saytımın adını yazmasam çıxmır ,məsəl üçün photoshop tutorial yazdım google axtarışda bütün səhifələrə baxıram mənim yazım görsənmir,saytımln adını qabağında yazanda birinci olur.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Web Saytlar Yaradılması (2022-12-14 17:27:30)
Saytınızı Google Search Console-da qeydiyyatdan keçirin və hansı səhifələrin indeksləşdiyini, hansı səhifələrin nə üçün indeksləşmədiyini öyrənin. Sitemap.xml faylı yaradın və göndərin ki, hansı səhifələrin indeksləşməsini istədiyinizi Google da bilsin. Daha tez indeksləşməsini istədiyiniz səhifələrin linkini ayrıca göndərə də bilərsiz.

Şükür Hüseynov (2019-07-29 17:05:59)
Dəyməz

Ramazan (2019-07-26 22:18:43)
Etrafli cavaba gore cox sagol

Şükür Hüseynov (2019-07-26 19:39:30)
Yazdığınız "photoshop tutorial" ingiliscədir yəni rəqib çoxdu deyə o söz üzrə çıxmaq çətindir. Yəni təsəvvür edin ki, orada adobe-un öz saytı çıxır yəni o tip saytlarla rəqabət çətindir. Amma söz Azərbaycanca olsa nisbətən asan olar, məsələn, "photoshop dərsləri", çünki, sayt azdı rəqabət azdı. Amma bunlardan əlavə SEO qaydaları var onları etməlisiniz ki, saytınızı google daha tez tapsın, sizin sayta üstünlük versin. Məsələn səhifə daxilində h1-lərdən istifadə etmək, səhifə linkini başlığa uyğun qoymaq, şəkil başlıqlarını adlarını düzgün qoymaq və s. Seo haqqında araşdırmağınız çox yaxşı olar. Google-da "SEO dersleri" yazın türkcə çox mənbə çıxacaq. İngiliscə axtara bilsəz lap yaxşı olar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytdan Pul qazanmaq!!!

Web Builder 7 ilə saytda bölmə yaratmaq

Şəklin ölçüsünü dəyişmək

Stolüstü kompüterə Bluetooth proqramını yükləmək

Web sayt hazırlamaq

Saytı digər serverə necə transfer etmək olar?