Portmanat APİ

Salam. Mən Portmanatin APİ larini saytimda qurmaq istəyirəm ozleri verdikeri forumu qeyd edirəm s_id, o_id hamsi hazir result.php de dedikleri yerde hər seyi edirəm baza melumatlarini yaziram amma yenə islemir burda başqa nə isə etmeliyem və ya necə..tam genis melumatim yoxdu bu barede

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Gurbanli (2019-07-28 12:02:08)
Cooox sagolun qaqa

Software Developer (2019-07-27 23:22:02)
Cavab yazmırlarsa, davam etməyin, cavab almadıqca davam etməyiniz mənasız olacaq. Çünki onsuz da final approve-u onlar manual etməlidirlər, siz hər şeyi düz etsəniz belə real rejimdə işləməyəcək onlar təsdiq etmədən. Ona görə də emaili düzgün ünvana göndərdiyinizdən əmin olun, çünki adətən cavab yazırlar. Yox əgər doğurdan da yazmırlarsa, 1-ci saytdakı telefon nömrəsinə zəng edin, dərhal kömək edəcəklər. Ondan sonrası asandır. qaldı kod səhvlərinə, debug rejimini açıb və ya error loga baxıb bilə bilərsiniz ki səhv nədədir. yox əgər bunları edə bilmirsinizsə, o zaman təəssüf ki, alınmayacaq bu iş, bilən birinə deməniz lazım olacaq.

Gurbanli (2019-07-27 20:17:27)
Salam qaqa cavabin ucun coox sagol..Portmanata defelerle demeyime baxmayaraq cavab yazmayiblar hefte erzinde 3-4 defe yazmisam amma cavab gelmeyib..probleme geldikde ise movzuda qeyd etdiyim kimi tam anlayisim yoxdu onlar dedikleri her seyi etmeme reğmen mysql baza melumatlari olan yerde sehvlerim olduqunu dusunurem problemin orda olduqunu dusunurem..orda sadece phpmy admine baglanmaq ucun baza melumatlarini yazmisam qalan ne etmeliyem bilmirem...başda qeyd etdiyim kimi tam profisionlat deyilem

Software Developer (2019-07-27 18:33:57)
Sualın qoyuluşunda ciddi yanlışlıq var. Ən əsas məsələ debug etməkdir - işləmir deyirsiniz - niyə işləmir bu barədə bir fikriniz varmı? Səbəbi öyrənmək üçün debug etmisinizmi? Qayıdan cavabda hansı xəta verir? Bəlkə elə onlar tərəfdə problem var hazırda və o qayıdan mesajda yazılıb? Bəlkə sizin servis sadəcə olaraq approve edilməyib? Və ya hansı səhifəyə yönlənməli ikən bunu etmir, və ya hansı data boş qayıdır və.s. - bunlar haqqında heç bir şey yazmamısınız. Özünüz debug edib səbəbi tapıb həll edə bilməsəiniz, yaxşı olar ki, iş günü portmanat tech dəstəyinə yazın, adəyən 1-2 saata yazırlar cavab.