İnstaqramımı qıranı tapmaq

Salam. Demək Mənim İnstagram hesabım hansısa yolla oğurlanıb ya da qırılıb. Haradasa 4-5 ay mənim bundan xəbərim olmayıb. Sonradan Bəzi şübhələrim doğrultusunda hesabıma 2 ci bir şəxsin vaxtaşırı hesabıma daxil olduğunu öyrəndim. Ayarlardan onun əvvəlcə dəfələrlə hesabıma girib baxıb və bir neçə dəqiqədən sonra çıxdığını gördüm.Və axırıncı dəfə Giriş log- undan sonrakı tarixdə çıxış logunda hansısa bir qeyd olmayıb. Demək ki hesabdan hele de çıxmayıb. Və bu şəxsin uzun müddət SAKİTCƏSİNƏ mənim hesabımı izləməsinə görə onun məni tanıyan şəxs olduğundan şübhələnirəm. Parolu dəyişib güvənliyi bərpa edə bilərəm ancaq məni təqribən yarım il izləyən bu şəxsin kim olduğunu öyrənmək istəyirəm. Beləliklə ayarlardan security bölmesinden Giriş Haraketleri deyə bir bölməyə daxil olmaqla onun xəritədən adresini gördüm. Lakin xəritə telefonda açdığım üçün balaca və anlaşılır olmadığına görə yeri aydın seçmək mümkün deyil. Və bu xəritə ancaq ios telefonlarda açılır. Androidlərdə belə bir izləmə yoxdur. Əgər mən macbook tapsam oradan istaqramda xəritəni açsam xəritə geniş açılarmı? Bu şəxsin məlum locasionunu aydın harada aça bilərəm. PİS NİYYƏTİM yoxdur. Sadəcə onun kim oldugunu oyrənmək istəyirəm. Gmaildə də eyniylə telefonda xəritə aydin acilmir amma windowsda açdıqda ip adressinə kimi hər shey aydin gosterilir. Bu ozellik ise ancaq iosda oldugu ucun mac bookda genish acilacagini dusunurem. Bu barede fikirleriniz ve komeyinizi gozleyirem. Hər kəsə təshəkkurlər.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

E. Hacı (2019-08-09 22:42:54)
o xəritə şəkli filan var deyirsiniz, app-larda adətən orada yazır İP. Xəritə olan yerdə. Sizdə yazmayıbsa demək ki yoxdur instagramda.

meraklikk (2019-08-09 19:31:40)
Bes ip ni nece oyrenmek olar?

E. Hacı (2019-08-09 18:25:15)
Siz polis deyilsiniz axi. Polis əlavə yetkileri var deyə providere deyir ki bax gör filan tarixdə bu IP kimdə olub , provider də öz məxfi bazasında baxır deyir. Vəssalam bu qədər sadə.

meraklikk (2019-08-09 13:31:13)
axi polisler lazim olanda tapa bilirler

E. Hacı (2019-08-09 08:54:27)
Localion deqiq göstərmir orada . Azərbaycanda IP ilə location ümumiyyətlə 99% hallarda işləmir və providerin ünvanını göstərir. Yəni ios macos söhbəti yaratmayacaq. Siz sadəcə şifrənizi güvənli edin, sms təsdiq qoyun və arxayın qalın.

meraklikk (2019-08-08 16:13:56)
xeyr. Xeriteni harada genish acha bileceyimi sorushuram. Macbooku olanlardan da yoxlayib onlarda xeritenin nece achildigini sorushuram

Mammadli-Help (2019-08-07 16:12:27)
Siz macbook istəyirsiniz?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Skrill Visa kartımdan 6 dollar çıxıb

Kitab satmaq, Sumqayıt

Ebayda 1 günə çatdırılma

Aliexpress den bir bank kartına 3 telefon almaq mümkündür?

Azərbaycana təyyarə ilə Rusiyadan ətir gətirmək qadağandır?

Skrill Adres Doğrulama 2019