Salam, Mingeçevir şəhərində yaşayıram sualım ondan ibarətdir ki, mən evə internet çəkdirmək istəyirəm. Fikrimdə katv1 internetini tutmuşam. Sizcə necə internetdir sürət stabildir? və özlərinin verdiyi modem keyfiyyətlidir? Məsələn bizim şəhərə 8 mb/s sürət üçün aylıq 13 AZN təklif edirlər. Bəzi tanışlarım belə fikirləşirlər ki, katv-nin pulsuz modemində interneti zəif işləyir (yəni 8 mb/s sürətin tam işləməməsi). Birlink enginet provayderin verdiyi 2 antenalı xiaomi markalı modemidir (katv-yə nisbətən daha keyfiyyərli). Sizcə interneti sürətinin tam işləməsi (8 mb/s sürətin hamısı) üçün nisbətən bahalı modem və ucuz modem arasında fərq mövcuddur?
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
1
Mingəçevir i bilmirəm ama Bakida mən istifadə edirəm. 10mbit sürətə 18 manat ödəyirəm. pis deyil razıyam.
Katv1 də Xiaomi modem verir səhv etmirəmsə. Mənə də veriblər çünki.
0
Katv1 interneti belədi ki mən özüm 28 manatlıq istifadə edirəm 20 mbit s evdə 7-8 metr uzağa gedən kimi internet yavaşdıyır səndə 8 mbitdi ev böyükdüsə çox prablemin olacaq internetnən
0
Cavablarınız üçün təşəkkür edirəm. Yəni qiymətcə nisbətən daha bahalı modem istifadə etdikdə internetin sürətində fərq olmurda?
0
Mingəçeviri deyə bilmərəm amma bakıda 10 mb/s üçün 18 manat ödəyirəm. Sqrət də 35-40 mb/s olur. Dediklərindən 4 qat sürətli internet verirlər. Çox məmnunam
0
3 ildir katv1 interneti ishledirem 30mb/s suretdir 18 azna o vaxti kompaniyadan qalmadir cox suretlidir. Qonaq gelende de hemishe internet provayderin sorushur. Cox shukur problem olmayib indiye kimi.
Bahali modemle ucuz arasinda ferq coxdur amma ki internet 10 mb/s falandirsa o qederde guclu ferq elemir sadece seti gujdu oldugunangore biraz ferq edir
0
Qoşulduqda 2 ayın ödənişini əvvəlcədən etməliyəm?
Sual verin
Cavab verin