Katv1 internet sürəti və modem keyfiyyəti

Salam, Mingeçevir şəhərində yaşayıram sualım ondan ibarətdir ki, mən evə internet çəkdirmək istəyirəm. Fikrimdə katv1 internetini tutmuşam. Sizcə necə internetdir sürət stabildir? və özlərinin verdiyi modem keyfiyyətlidir? Məsələn bizim şəhərə 8 mb/s sürət üçün aylıq 13 AZN təklif edirlər. Bəzi tanışlarım belə fikirləşirlər ki, katv-nin pulsuz modemində interneti zəif işləyir (yəni 8 mb/s sürətin tam işləməməsi). Birlink enginet provayderin verdiyi 2 antenalı xiaomi markalı modemidir (katv-yə nisbətən daha keyfiyyərli). Sizcə interneti sürətinin tam işləməsi (8 mb/s sürətin hamısı) üçün nisbətən bahalı modem və ucuz modem arasında fərq mövcuddur?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Ayxan Qocayev (2019-08-15 13:29:39)
Mingəçeviri deyə bilmərəm amma bakıda 10 mb/s üçün 18 manat ödəyirəm. Sqrət də 35-40 mb/s olur. Dediklərindən 4 qat sürətli internet verirlər. Çox məmnunam

Ali_1999 (2019-08-09 11:46:05)
Qoşulduqda 2 ayın ödənişini əvvəlcədən etməliyəm?

Tamerlan Mammadov (2019-08-08 03:28:43)
3 ildir katv1 interneti ishledirem 30mb/s suretdir 18 azna o vaxti kompaniyadan qalmadir cox suretlidir. Qonaq gelende de hemishe internet provayderin sorushur. Cox shukur problem olmayib indiye kimi. Bahali modemle ucuz arasinda ferq coxdur amma ki internet 10 mb/s falandirsa o qederde guclu ferq elemir sadece seti gujdu oldugunangore biraz ferq edir

Ali_1999 (2019-08-06 19:51:53)
Cavablarınız üçün təşəkkür edirəm. Yəni qiymətcə nisbətən daha bahalı modem istifadə etdikdə internetin sürətində fərq olmurda?

Mammadli-Help (2019-08-06 18:20:06)
Katv1 interneti belədi ki mən özüm 28 manatlıq istifadə edirəm 20 mbit s evdə 7-8 metr uzağa gedən kimi internet yavaşdıyır səndə 8 mbitdi ev böyükdüsə çox prablemin olacaq internetnən

neo13 (2019-08-06 06:24:13)
Mingəçevir i bilmirəm ama Bakida mən istifadə edirəm. 10mbit sürətə 18 manat ödəyirəm. pis deyil razıyam. Katv1 də Xiaomi modem verir səhv etmirəmsə. Mənə də veriblər çünki.