Dini kitab

Salam Türkiyədən uyğun qiymətə dini kitab almaq istəyirəm. Bir çox sayta müraciət etsəmdə mümkün olmadığını deyirlər. Sizcə necə əldə edə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Nebi Nebizade (2019-08-07 23:09:16)
Quran məalı məndə var. Sadəcə mənə maraqlı gələn məsələlər üzrə kitablar lazımdır. Düzdür hədislərə o qədər də inanmıram. Nəticədə hədis dəyişdirilə bilməz deyə iddia yoxdur. Ancaq bir çox məsələlərdə hədislərin insan həyatına təsirinə inanıram. Din alimlərinin dinə münasibəti eləcə də mənə aydın olmayan bəzi məsələlər üzrə məlumat öyrənmək üçün bəzi kitabları əldə etmək istəyirəm.

Mammadli-Help (2019-08-07 17:50:26)
Mən də deyirəm ki, onsuz da dediyim kitab türkiyədən gəlir. Bilmədiyimiz şeylər haqqında fikir bildirib insanların haqqına girməyək.

Software Developer (2019-08-07 17:18:28)
Sual "Türkiyədən necə dini kitab ala bilərəm"-dir, "Haqq yoluna necə gələ bilərəm" deyil. Zəhmət olmasa belə məsələlərə diqqət edək. İstifadəçi sual verirsə, biz cavabı biliriksə, suala cavab verə bilərik, ağıl öyrətmək bizim vəzifəmiz deyil.

Mammadli-Help (2019-08-07 16:37:12)
Mən sizə nə dedim ki mənim balımı 2 bal saldınız? Doğrular sizə ağır gəldi? Mən sizə daha heçnə demirəm

Mammadli-Help (2019-08-07 16:23:08)
Qardaş. Siz gəlin dini kitab istəyirsizsə, o qədər çətinləşdirilmiş, baş qarışdırıcı, qəliz kitablar var ki, dinim haqqında öyrənim deyəndə imanınız yanar. Siz gəlin dəyanətə, oradan bir Quran məali (tərcüməsi) istəyin. Versinlər, gedin oxuyun. Din haqqında elə ən doğru və asan məlumat Qurandadır. Başqa insanlar dini o qədər məzhəbə, qola bölübki , dinlə əlaqəsi olmayan o qədər söhbət gedirki o kitablarda ən yaxşısı Qurandır...

Nebi Nebizade (2019-08-07 15:16:45)
Ali Ninoda dini kitab satılır?

E. Hacı (2019-08-06 23:04:39)
AliNino bütün ölkəyə çatdırma edir. Araşdırma etmək lazımdır, bir az da google etsəniz, başqa mağazalar da taparsınız. hamsından da bir bir soruşa bilərsiniz bu kitabı.

Nebi Nebizade (2019-08-06 20:34:10)
Mən Bakıda yaşamıram axı. Hardan sifariş edə bilərəm?

E. Hacı (2019-08-06 19:57:58)
Bakıdakı kitab mağazalarına gedib istəyin və ya sifariş edin..və ya elektron formasını internet ilə alın yükləyin telefona

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ovçuluq. Ov mağazası

Bağlamanın AZ9095-də uzun müddət qalması

Kartla odenis etmek

VÖEN və DSMF. əlaqəsi var?

Accountum blok edilib

Ebay Üzərindən Ram Alacağam