Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(23:16, 07/08/2019 ) #75898

Google-da bunun üçün hansı açar sözlər üzrə axtarış etmisiniz və nəticə tapmamısınız, zəhmət olmasa 2-3 nümunə yazın.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:55, 08/08/2019 ) #75905

    Burada Google axtarışını məsləhət görməyin tərəfdarı deyiləm, çünki, bu onsuzda sual-cavab saytıdır, bu tip sualları növbəti axtaranlar da ola bilər, həm sualverən üçün, həm də onlar üçün birbaşa cavabın yazılması daha yaxşı olar. Eyni zamanda, axtarış zamanı azərbaycanca çıxacaq nəticələr də artar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (10:14, 08/08/2019 ) #75907

      Qətiyyən.
      Sual-cavab saytı Google-da bəsit axtarış ilə nəticə hasil olmayan problemlərin həlli üçündür.
      Stackoverflow-da zadda az qala söyürlər sual verən əgər bəsit Google axtarışı ilə tapılacaq sual verilərsə. Çünki sual verən başqalarına hörmətsizlik etmiş olur bir növ. Özünə aid problemin həllini istədiyi halda heç bir əziyyət çəkmək istəməmək və bu minvalda başqalarının zamanını sərf etməyi istəmək.
      Yəqin ki, fikrimi izah edə bildim.

      Sual əvvəlcə axtarılmalıdır ki bəlkə artıq bu sualın cavabı var. Daha sonra da sual verilməlidir, sualda da əlavə etmək olar ki, falan sözlərlə axtardım amma tapmadım.

      Belə olanda cavab verənin də əlində daha dəqiq məlumat olur. Məsələn yanlış keyword-lərlə axtardığını görsə onu qeyd edir. Və ya deyir ki düz axtarmısan, amma sənin problemin unikaldır deyə tapmamısan və sair və ilaxır.

      Həm də siz özünüz də cavabınızda əslində bu fikri təsdiq etmisiniz, yazmısınız ki “bu onsuzda sual-cavab saytıdır, bu tip sualları növbəti axtaranlar da ola bilər” – bəli, məhz AXTARANLAR OLA BİLƏR. Heç kim axtarmasa hər kəs soruşsa, bu AXTARANLAR dedikləriniz kim olacaq bəs? Sualı biz ona görə cavablandırırıq ki, həm sual verənin problemi həll olsun, həm də gələcəkdə axtaranların. Bu çarxın dönməsi üçün də hər bir sual verən əvvəlcə axtarış etməlidir ki, yersiz dublikat, yersiz zaman itkisi və sair olmasın.

      Qısacası – sual birinci axtarılmalıdır, axtarış etmədən sual vermək etik deyil.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:26, 08/08/2019 ) #75909

      🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:53, 08/08/2019 ) #75904

İlk öncə istifadəçi cədvəlinə active və random sütunları əlavə edirsiz. İstifadəçi qeydiyyatdan keçərkən onun üçün uzun bir random(təsadüfi) ədəd tapırsız və onun üçün bazaya yazırsız. Eyni zamanda active sütununa false qiymətini verirsiz. Yəni ki, hələ təsdiq olunmayıb. Emailinə isə, “http://example.com/tesdiq.php?id=random_eded” tipli link göndərirsiz. Həmin səhifədə isə random ədədi filterdən keçirib bazada yoxlayırsız, əgər elə bir sətir varsa həmin sətir üçün, yəni, istifadəçi üçün active sütunun true edirsiz. Beləliklə, həmin sətir true olduğu üçün hesabı təsdiqləmiş sayılır. Bu bir üsuldur, təhlükəsizlik üçün bunu daha da mürəkkəbləşdirmək olar.
Qeyd edim ki, əgər saytda ciddi əməliyyatlar yoxdursa, bəlkə də bunu etməyə ehtiyac yoxdur. Çünki, bu istifadəçini yoran bir şeydir, istifadəçi sayın azalda bilər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (1 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (5 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (5 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (7 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (7 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024