Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Şükür Hüseynov (2019-08-08 13:26:31)
:)

Software Developer (2019-08-08 10:14:25)
Qətiyyən. Sual-cavab saytı Google-da bəsit axtarış ilə nəticə hasil olmayan problemlərin həlli üçündür. Stackoverflow-da zadda az qala söyürlər sual verən əgər bəsit Google axtarışı ilə tapılacaq sual verilərsə. Çünki sual verən başqalarına hörmətsizlik etmiş olur bir növ. Özünə aid problemin həllini istədiyi halda heç bir əziyyət çəkmək istəməmək və bu minvalda başqalarının zamanını sərf etməyi istəmək. Yəqin ki, fikrimi izah edə bildim. Sual əvvəlcə axtarılmalıdır ki bəlkə artıq bu sualın cavabı var. Daha sonra da sual verilməlidir, sualda da əlavə etmək olar ki, falan sözlərlə axtardım amma tapmadım. Belə olanda cavab verənin də əlində daha dəqiq məlumat olur. Məsələn yanlış keyword-lərlə axtardığını görsə onu qeyd edir. Və ya deyir ki düz axtarmısan, amma sənin problemin unikaldır deyə tapmamısan və sair və ilaxır. Həm də siz özünüz də cavabınızda əslində bu fikri təsdiq etmisiniz, yazmısınız ki "bu onsuzda sual-cavab saytıdır, bu tip sualları növbəti axtaranlar da ola bilər" - bəli, məhz AXTARANLAR OLA BİLƏR. Heç kim axtarmasa hər kəs soruşsa, bu AXTARANLAR dedikləriniz kim olacaq bəs? Sualı biz ona görə cavablandırırıq ki, həm sual verənin problemi həll olsun, həm də gələcəkdə axtaranların. Bu çarxın dönməsi üçün də hər bir sual verən əvvəlcə axtarış etməlidir ki, yersiz dublikat, yersiz zaman itkisi və sair olmasın. Qısacası - sual birinci axtarılmalıdır, axtarış etmədən sual vermək etik deyil.

Şükür Hüseynov (2019-08-08 09:55:43)
Burada Google axtarışını məsləhət görməyin tərəfdarı deyiləm, çünki, bu onsuzda sual-cavab saytıdır, bu tip sualları növbəti axtaranlar da ola bilər, həm sualverən üçün, həm də onlar üçün birbaşa cavabın yazılması daha yaxşı olar. Eyni zamanda, axtarış zamanı azərbaycanca çıxacaq nəticələr də artar.

Şükür Hüseynov (2019-08-08 09:53:41)
İlk öncə istifadəçi cədvəlinə active və random sütunları əlavə edirsiz. İstifadəçi qeydiyyatdan keçərkən onun üçün uzun bir random(təsadüfi) ədəd tapırsız və onun üçün bazaya yazırsız. Eyni zamanda active sütununa false qiymətini verirsiz. Yəni ki, hələ təsdiq olunmayıb. Emailinə isə, "http://example.com/tesdiq.php?id=random_eded" tipli link göndərirsiz. Həmin səhifədə isə random ədədi filterdən keçirib bazada yoxlayırsız, əgər elə bir sətir varsa həmin sətir üçün, yəni, istifadəçi üçün active sütunun true edirsiz. Beləliklə, həmin sətir true olduğu üçün hesabı təsdiqləmiş sayılır. Bu bir üsuldur, təhlükəsizlik üçün bunu daha da mürəkkəbləşdirmək olar. Qeyd edim ki, əgər saytda ciddi əməliyyatlar yoxdursa, bəlkə də bunu etməyə ehtiyac yoxdur. Çünki, bu istifadəçini yoran bir şeydir, istifadəçi sayın azalda bilər.

Software Developer (2019-08-07 23:16:45)
Google-da bunun üçün hansı açar sözlər üzrə axtarış etmisiniz və nəticə tapmamısınız, zəhmət olmasa 2-3 nümunə yazın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Türkekip php məsləhətdirmi

Php + MySQL çətinliyim var komək edin.

Email ünvanını silmək

Səhifə yenilənmədən daima artıb azalan rəqəmi ekranda göstərmək

visa kartından pul çıxarmaq

php skriptində səhv