webmailə gələn və gedən mailleri databazaya atmadan php ilə birbaşa admin panelə necə çəkə bilərəm?

webmailə gələn və gedən mailleri databazaya atmadan php ilə birbaşa admin panelə necə çəkə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Devolper (2019-08-16 00:39:03)
Ətraflı cavab üçün çoxsağolun

mehman meybaliyev (2019-08-16 00:07:16)
Salam, Sizin linux ilə maraqlandığınızı düşünmürəm, o baxımdan da mövzunu birbaşa php funksiyası olan imap_open ilə əlaqələndirirəm. Zəhmət olmasa sualınızı dəqiqləşdirin. "databazaya atmadan php ilə birbaşa admin panelə" - admin panelin işi elə databazanın (bunda sonra verilənlər bazası) verdiyi məlumatları maketləmək və sorğunu verilənlər bazasına ötürməklə digər əməliyyatları aparmaqdır. Düşünürəm ki, sualı aşağıdakı kimi ünvanlamaq istəmisiniz: "E-mailləri alıb verilənlər bazasına yazdıraraq admin paneldə necə göstərə billərəm?" Bunun üçün yuxarıda da qeyd etdiyim kimi php-də imap_open funksiyası mövcuddur. Belə ki, aşağıdakı linkə daxil olun: https://stackoverflow.com/questions/52815563/how-to-read-emails-from-gmail-server-by-php-imap Açılan səhifədən kodu alın və "993" portunu "110" portu ilə, eyni sətirdə olan "ssl" sözünü isə "notls" sözü ilə əvəz edin. Nümunə: imap.sizin_sayt.az:110/imap/notls Həmin sətirin altında isə göründüyü kimi login və şifrə soruşulur. İstədiyiniz e-mailin login və şifrəsini yazaraq əməliyyatı tamamlaya bilərsiniz. Məlumatı əldə etdikdən sonra "imap_close" kodu olan sətirin üstündən verilənlər bazasına insert etmək üçün müvafiq kodunuzu yaza bilərsiniz. Bir daha ümid edirəm ki, sizin sualınız, birbaşa linuxa gələn e-mail fayllarını alıb verilənlər bazasına yazdırmaq ilə əlaqədar deyildi. Uğurlar.

E. Hacı (2019-08-10 09:45:39)
Mailserver haradadır? Öncə bunu öyrənmək lazımdır. Mailserver kənardadırsa siz heç nə edə bilməzsiniz emaillərin gəlib getmə yerinə. Sadəcə IMAP və yaxud POP3 ilə bağlanıb istədiyiniz formada emailləri çəkib adminkaya ata bilərsiniz.(Google it) Mailserver özünüzün olsaydı, yəni şəxsi serverdəki POSTFIX filan, o halda linux səviyyədə nəsə yazıb emailləri sizin PHP app-nız ilə inteqrə edən servis yazmaq olardı

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Php sətir emalı

htaccess faylının işləməsi üçün

Saytda qeydiyyat və forumun yaradılması.

PHP-yə aid məsləhətli kitab

Input-dan gələn nömrəni formaya salmaq

WordPress sistemi üçün Facebook komment plugini