Səxsi hesabdan pul köçürmə əməliyyatı

Salam.Sualım budur ki,şəxsi hesabdan başqa şəxsin hesabına pul köçürən zaman pin kodun aktiv edilməsi üçün müəyyən miqdarda pulun ödənilməsi doğrudurmu? Şəxsi hesabdan başqa şəxsin şəxsi hesabına pul köçürən zaman pin kodun aktiv edilməsi lazımdırmı. Deyilənə görə pin kodu aktiv etmək üçün 5150 dollar pul ödənilməlidir.Söhbət bank hesabından gedir.Amerika birləşmiş ştatlarındakı bankdan (bank hesabından)öz şəxsi bank hesabıma pul köçürmə əməliyyatı edən zaman bu problemlərlə qarşılaşıram.və həmin banka bu haqda məlumat verirəm.cavab olaraq bildirirlərki köçürmə etməzdən qabaq mütləq pin kodu(digər şəxsin hesabındakı pin kodu) aktivləşdirməliyəm və buna görə 5150 dollar ödəməliyəm.Bilmək istəyirəmki bu doğrudurmu?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2019-08-12 10:41:48)
Salam. Bu dediyinizdə ziddiyyət və natamamlıq olduğu aşkardır. Gəlin açıq danışım. Dediklərinizdən belə anlayıram ki, USA-da sizə pul göndərən tərəf sizi aldatmağa çalışan internet dələduzlardır. Əgər bu belədirsə, sadəcə bilin yetər ki dava o 5 min dolların davasıdır, onu alıb yox olacaq qarşı tərəf. Sizə də heç bir pul gəlməyəcək. Hər il 100lərlə Azərbaycan vətəndaşı bu tip şeylərə aldanıb pullarını itirir. 10 il əvvəldən bəri bu haqda müntəzəm yazıram. Məsələn 9 il əvvəlin sual-cavabı: https://cavablar.net/2010/08/11/internet-firildaqlar/ Yox əgər mən yanılıramsa, USA-dakı öz bank hesabınızdırsa, o zaman elə bir şey yoxdur, pinkod filan. Heç bir pin kod olmadan pul köçürmək mümkündür, sadəcə köçürmə haqqı olur kiçik məbləğdə. o da öncədən ödənmir, köçürülən puldan tutulur. Qısacası sizə pul göndərilirsə, pul gəlməlidir birbaşa, siz heç bir halda öncədən nəsə etməli deyilsiniz pinkod filan.

neo13 (2019-08-10 14:12:01)
sual tam aydın deyil. şəxsi hesab deyərkən söhbət bank hesabından gedir yoxsa plastik kartdakı 3d koddan?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

SSL Sertifikatı zəruridirmi ?

Paypal hesabı blok edib.

Adsense pul gəlmədi

Hansi bank karti meslehetdi?

Camex itirilmiş bağlama.

Takiplekazan.netdən pul çıxarmaq