Salam, bu barədə fikirləriniz maraqlıdı. Sizcə bu 2 dildən hansını öyrənmək (danışıq) daha yaxşı olardı? Ölkəmiz üçün və yaxud tələbat və s. haqda. Mən niyəsə alman dilinə üstünlük verirəm çünki topladığım məlumatlara görə tələffüzü daha rahat və ingilis dili ilə bənzərliyi var amma fransız dili üçün tam əksini deyirlər. Siz olsaz hansına üstünlük verərdiniz və səbəbi? Öncədən təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)
1
Hal Hazırda bizim ölkədə o cümlədən dünyada İngilis dilindən sonra hərkəs alman dilini öyrənməyə çalışır. həm gələcəkdə Almaniyaya getmə şansınız olsa çətinlik çəkməzsiniz həmdə elə bizim ölkədə də alman dilini bilən az olduğu üçün o dilə tələbat çoxdur
0
Əslində fransız dili də ağlımdan keçir amma deyəsən dünyada ingilis dilindən sonra 2-ci alman dili gəlir. Bu iki dildən birini bilən şəxslərə özəl iş imkanı olar?
0
dövlət işini nəzərdə tutursunzsa keçənlərdə bir müəssisəyə 3 dil biliyi olan tərcüməçi axtarırdılar və maaşı inanın sizi də güldürəcək. Çarə turizmdir, yaxud özəl biznesdir.
0
Dövlət işində pul yoxdu (bizim ölkədə) ən əsas məsələ isə işləyənə və yaxud dövlət qulluqçusuna dəyər verilmir heyf ki. Məndə elə sizin kimi düşünürəm amma turizm və ya özəl biznesə yiyələnmək üçün bizdən nə isə tələb olunar? (Maddi)
0
Mən 1 il əvvəl alman dilini öyrənməyə başladım. Amma çox çətin gəldi. Fonetikası çox asan lakin qrammatika və Leksikası həddindən artıq çətindi. Xüsusi ilə də artikllar. Alman dilini dayandırdım. Indi fransız dilini öyrənirəm. Çox daha asandı alman dilindən. Fonetikası isə alman dilindən və ingilis dilindən çətindi. Qrammatika alman dilindən asan, təxminən ingilis dili kimi. 2 cins olduğu üçün Leksikasi da alman dilindən daha asandı.
0
Məncə Fransızca üstünlük verin. Çünki dünyanın 2-ci rəsmi dili fransız dilidir. Alman dili isə bu siyahıda ilk 5likdə belə yoxdur. Afrika qitəsinin yarısı, Canadanın yarısı, Avropanın böyük hissəsi (Fransa + İsveçrə + Luxemburg + Belçika), Cənubi Amerikanın bəzi ölkələrində və hətta Avstraliya yaxınlığındakı Yeni Kaledoniyada belə fransız dili danışılır. Çətinliyə gəldikdə isə elə alman da fransız da çətindir. Fransız dili 2 hissədən ibarətdir, danışıq və kitab (oxumaq və yazmaq) dili. Ikisi də bir-birindən 180° fərqlidir. Qrammatikası məntiqsizdir. O qədər qanunlar var ki heç bir məntiqi açıqlaması yoxdur, hətta ən yaxşı professorun belə cavab verdiyi 2 cümlə var – ” c’est France ” ya da “c’est français” ))) bu qanunlara sadəcə zamanla öyrəşirsən.
1
Cavabınızda ifrat subyektivlik var deyə, başqalarına da faydalı olar deyə bir az dəqiqləşmə aparım.
Kəmiyyət hər zaman keyfiyyət deyil axı, o var.
Məsələn, native speakerlər:
İspan 460 milyon, ingilis 379 milyon, fransız 77 milyon, alman 76 milyon.
Total speakerlər:
İspan 534 milyon, ingilis 1.1 milyard, fransız 279 milyon, alman 132 milyon.
Göründüyü kimi total götürəndə ingilis dilinin üstünlüyü aşkar görünür, amma ispan dili də fransızcadan çox öndədir.
Çox kasıb ölkələrin hesabına kəmiyyət artıqdırsa, məncə bu göstərici deyil. Ona görə də alman və fransızın kəmiyyət müqayisəsini aparanda məncə qərb üzrə saydan kənara çıxılmamalıdır.
Bu zaman da say gəlir bir birinə yaxın rəqəmlər alınır.
Subyektiv fikirlər də çoxdur:
“Çünki dünyanın 2-ci rəsmi dili fransız dilidir” – rəsmi dil anlayışı yoxdur dünya üçün. Populyarlıq mənada deyirsinizsə, fransızca 5-ci yerdərdir, 2-ci yox.
“Canadanın yarısı” – sadəcə 21%-i. Quebec vilayəti. Qalan hamısı ingiliscə danışır.
“Avropanın böyük hissəsi” – elə deyil. Avropanın ən məşhur dil sıralaması belədir: Rus, Alman, Fransız, İtalyan, İngilis. Fransızcanın avropa dil ailəsində payı ~10%-dir.
“Qrammatikası məntiqsizdir” – subyektiv fikirdir, belə şey yoxdur.
0
1.
The second most popular official language in the world is French.
link
2.- razıyam
3 – Mən almam və fransızcanı müqayisə edib yazmışam. Rus ya ingilis desəydi onda hə, sən deyəndir.
4. Görünür ümumiyyətlə heç bir anlayışın yoxdur fransız dilindən. Xahiş edirəm Fransada yaşayan ya fransada təhsil alan birindən ətraflı maraqlan, sonra ittiham et)) mən 5 ildir Fransada yaşayıram və öyrəndiklərimdən nəticə çıxarıb yazmışam, hərçənd mənim kimi fikirləşən də milyonlarladır (içi fransız qarışıq)
1
1.
İlk öncə linkdəki mənanın yanlış anlaşılmasını izah edim, sonra digər məsələni izah edim. Deməli, yazıda ölkələrdə official status olma sayına görə dünyadakı dillər haqqında bəhs edilir, dünyanın rəsmi dillərindən yox.
Yəni “dünya ölkələrinin ən çox rəsmi status almış dillər” başqa şeydir, dünyanın rəsmi dilləri tam başqa şey. 1-ci ifadədəki rəsmi dil local anlayışdır, ikincidəki global.
Digər məsələ isə, dil populyarlığı official status olma ilə ölçülmür. Bu ümumiyyətlə əhəmiyyətli məsələ deyil.
Dil populyarlğında meyar Native speaker və total speaker ilə ölçülür. Hər ikisinə aid wikipedia və ya digər mənbələr kifayət qədərdir.
Paylaşdığınız linkin olması çox yaxşıdır, istinad həmişə gözəldir. Sadəcə burada fərqli şeydən bəhs edən məqalə paylaşmısınız.
Google-da “List of languages by native speakers” və ya by total speakers yazmaq yetərlidir, ki daha yaxşı mənbələr əldə edəsiniz.
3. Sən yox siz.
Alman və fransızdan yazmısınız bəli, sadəcə ölçü meyarlarının yanlışlığını göstərmək üçün digər dilləri də oraya qatmışam.
4. Bəlkə də yaşınız azdır deyə bu məsələni şəxsi prizmaya endirirsiniz, zamanla bunun yanlış olduğunu anlayacaqsınız. Cavabınızda yanlışlıq varsa, dərhal hücuma keçib, “necə edim ki söz altında qalmayım, əvəz çıxım” yanaşması ilə davranmaq yox, düzəlişi edənə təşəkkür etmək daha doğrudur və müdrikdir.
Çünki burada siz öz eqonuz üçün yox, başqasına kömək etmək üçün cavab yazmısınız, elə deyilmi? Elədirsə, o zaman səhvi düzəldənə təşəkkür düşür, ad-hominem layına enib mübahisə aparmaq yox.
“hərçənd mənim kimi fikirləşən də milyonlarladır (içi fransız qarışıq)” – baxın, yenə ifrat subyektivizm. Saymısınız o fikirləşənləri? Yoxsa sayan bir mənbə var və o mənbəyə əsaslanırsınız?
Ümumən, iradım yəqin ki sizə faydalı olacaq. Növbəti dəfə cavab yazanda şəxsi fikri başqaları adından yazmadan öncə, irad bildirilmə ehtimalını düşünüb, mənbə axtarmağa çalışacaqsınız, ki yazdığınızın havadan gəldiyi yox, hansısa mənbəyə əsaslandığı anlaşılsın.
0
Əgər məsələ özümü təmizə çıxarmaq olsaydı heç bu suala cavab verməzdim. Boş boş çəkişmələrdən qaçmışam həmişə.
Müzakirəni davam etdirməyə “ifrat subyektivizm” sözü məcbur etdi.
link
Əgər məntiqli dil olsaydı dilçilər uzun illərdir dilin sadələşdirilməsi üçün yüzlərlə yollar təklif etməzdilər. Bir dil ki qrammatik qanunlardan çox istisnalardan ibarət ola, hansı əsasla onu ” məntiqli ” dil adlandırmaq olar?
Bir dildə ki “ville” və “vanille” sözləri eyni sonluqla bitdiyi halda (ille) biri vil digəri vaniy oxunsun və heç bir açıqlaması olmasın. Dil mütəxəssisi belə bu suala “məntiqi cavabı yoxdur” cavabı verirsə, hansı məntiqdən söhbət gedə bilər? Və yaxud da vélo və bicycle ikisi də eyni əşya olduğu halda biri kişi digəri qadın cinsində olursa, hansı məntiqdən söhbət gedə bilər? Bu dediklərim kimi minlərlə eyni hallar var
1
Bir dilə məntiqli olmayan dil demək subyektivlikdir.
Bunu əsaslandırmağa çalışmaq isə tərəf tutmaqdır. Futbol komandaları arasında birinin fanatı olub qarşı komandanı pisləmək kimi şeydir bu.
Elə-belə, zarafatyana mövzularda belə söhbətlərin yeri olsa da, bu söhbətlər hər hansı ciddi diskussiya mövzusu deyil.
gətirdiyiniz xüsusi faktlar daha çox bu mövzuda “önyarqılı” (prejudice) olmanızdan, tərəf tutmanızdan irəli gəlir (yəni birinci qərarı verib sonra o qərarı möhkəmləndirəcək faktlar axtarmaq).
Barmağınızı istənilən dilə uzadaraq göstərib həmin dildə yüzlərlə bu tip “məntiqsizlik, qəribəlik” və.s. tapa bilərsiniz. İdeal dil yoxdur. Dil sosial bir alətdir, zaman boyu da mükəmməl mühəndislik ilə yox, təkamül ilə inkişaf edib – təkamül də sağqalma prinsipi ilə irəliləyir, hər dəfə daha yaxşısını əldə etmə prinsipi ilə yox. Ona görə də onları qayda halına salarkən istisnalar qoymaq, kənara çıxmalar olması və.s. çox normal bir şeydir. – və bütün bunlar dili pis ya yaxşı etmir. İnsan subyektiv olaraq bir dili sevə va ya sevməyə bilər, konkret əsaslar da gətirə bilər.
Bu normaldır, normal olmayan bu hisslərini obyektivlik müstəvisinə daşıma cəhdləri olar.
(məs. bu yaxında birindən eşitdiyim: “ə bunların da dili nə sarsaqdır, Tibo Kurtua demək üçün Thibaut Courtois kimi əcaib yazılışa nə gərək var, adam kimi səslənişi necədirsə elə də yazın da bunu, axı yazılan onun səslənişini oxumaq üçündür” – burada da subyektivlik var, və dilin birdən birə meydana çıxmadığı, mühəndislik əsasında yaranmadığı, təkamül nəticəsində indiki hala gəldiyi nəzərə alınmır)
Sual verin
Cavab verin