Import gömrükdə saxlanılan telefon

Salam . Əvvelcə qurban bayrami münasibətiylə sizi təbrik edirəm .. Sualim bydyr ki telefon almisham Alexsden / Telefon 18 gündür ki Tamojnuda dayandirilib . Sertifikata göre . Zəhmət deyilsə bu barədə mənə məlumat verərdiniz . ( Daun ) Xəstəsi evladim görub xoşlayib onuncun almisham . Uşhaga izah edə bilmirəm səbəbini. Düzü 1 telefon ücün sretifikati hec məndə basha düşə bilmirem. avab ücün əvvəlcədən təşəkkurlər

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Amil Yusif (2019-08-14 11:23:16)
Sag olun Haci. Bu gun xanim menimlə əlaqə saxladi və her şeyi izah etdi. demək mən Poçt daşima merkezine mektubla ve yaxud şəxsən getməliyem . Bankdan Ödənişin təsdiqini ve şəxsiyyət vəsiqəmin sürətini təqdim edib Telefonumu götürürem bu qədər.. Allah sizdən razi olsun qardaş

Amil Yusif (2019-08-14 11:15:16)
Salam Haci mən Gəncədə oluram 28 mayadaki Poctun telefon nömrəsi və yaxud adresi kimdəsə varsa bir zəhmət olmazsa yazsin məne zəng edim veyaxud yazim siz deyən kimi ederem ...

Amil Yusif (2019-08-13 12:39:04)
cox sag olun ....

E. Hacı (2019-08-12 14:23:04)
Yaxınlıqdakı poçta yaxınlaşın, sizə izah edəcəklər. Azərpoçtun nömrəsi 169-dur, oraya da zəng edib 28 mayda dəmir yolu vağzalı tərəfdə olan, telefonların saxlandığı poçtun nömrəsini istəyə bilərsiniz. Və ya digər sualları soruşa bilərsiniz

Amil Yusif (2019-08-12 12:13:38)
Salam Haci mən Gəncədə oluram 28 mayadaki Poctun telefon nömrəsi və yaxud adresi kimdəsə varsa bir zəhmət olmazsa yazsin məne zəng edim veyaxud yazim siz deyən kimi ederem ...

E. Hacı (2019-08-12 10:36:13)
cavablar.net-də buna dair 100dən çox sual və cavabı var. Kaş ki axtarış etsəydiniz. Telefonlar istisnasız olaraq 28 mayda gömrük+poçt məntəqəsi var, orada saxlanılır, vağzalın yanında. Poçta zəng etsəniz sizə aydın izah edər yerini və hansı sənədlərlə ora yaxınlaşmalı olduğunuzu. və ya cavablar.net-də axtarış edərək tapa bilərsiniz. (Şəxsiyyət vəsiqəsi və telefonun ödənişi haqqında bankdan çıxarış vərəqi lazlm olur) - Bakıdan kənarda olanlar isə həmin poçt məntəqəsinə məktub zərfi göndərməlidirlər, içində də ŞV kopyası və bankdan çıxarış. Hər hansl poçta yaxınlaşsanız məhəllənizə yaxın, sizə izah edərlər

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

AliExpress poçt indeksi

Ebay-dan edilən sifarişin ünvana çatması

Tələbə stipendiyası haqqında

ebay 2 maldan 1 ni göndərib

Dizayn lisenziya səhvi

hayday-ım silinib