Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Maşın Almaq Tövsiyyəniz

Salam. Maşın almaq istəyirəm. Sizin tövsiyyənizi xahiş edərdim.
İstəklərim və ehtiyaclarım bunlardır:
1) Kondisaneri olsun.
2) Cüzi problemlərdə prado kimi idarəetməni tez itirən olmasın
3) Ehtiyat hissələri hətta rayonlarda asant tapılan və çox ucuz olsun.
4) Dəbdəbə və brend həvəskarı deyiləm, əsas ailəm və uşaqlarım üçün rahat, təhlükəsiz olsun istəyirəm.

Qeyd: Qiymət fərqi yoxdu


Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(20:04, 16/08/2019 ) #75970

seqmenti qeyd etsəz daha dəqiq demək mümkündür

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:41, 16/08/2019 ) #75971

1. kondisioneri olmayan müasir maşın yoxdur axı.
2. Prado özünü ən çox doğruldan maşınlardandır. Bu tip iradlar adətən “önyarqı” əsasında olur.
3. Rayonlarda təəssüf ki, müasir maşın hissələri az tapılır. Mənə bir dəfə lazım olmuşdu rayonda ikən, Bakıdan gətizdirməli olduq, yaxın rayonlarda tapılmadı. Ölkə balacadır deyə ehtiyat hissə satanlar uzağı 1 günə təşkil edirlər rayonda olmasa belə. Yəni bu problem deyil.
4. Volvolar təhlükəsizlik üzrə ən yaxşı hesab edilir. Məsələn XC90. Ailə üçün də idealdır. Təzələri bahadır, köhnə modellləri isə normal qiymətə olur.
Təhlükəsizlik üzrə yapon və alman avtomobillərinin əksəri yaxşı olur. Qiymət artdıqca, daha çox təhlükəsizlik imkanları və parametrləri olur.

Qiymət fərqi yoxdur yazmağınız yanlışdır, mütləq qiymət qeyd etmək lazımdır. Məsələn milyon azn-lik Maybach məsləhət görülsə alacaqsınızmı? Və ya 2min manatlıq köhnə sovet maşını. Yəni belə kəskin kontrastda məsləhət vermək çətindir, mütləq seqment(ekonom, orta, premium və.s.) qeyd etmək gərəkdir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:14, 17/08/2019 ) #75978

    Səhvimi bildirdiyiniz üçün sizə təşəkkür edirəm. Əslində qiyməti 20mindən yuxarı istəmərəm. Hətta düşünürəm ki, maşın üçün almağa ayıracağım pul 12mindən yuxarı qalxmasın, nədənsə bundan artıq pul verməyi özümə israf bilirəm. Əsas istəyim ekanom olması və ehtiyat hissələrinin baha olmamasıdır. Daha dəqiq desəm bir dəfə pul qoyum, day özümü başqa işlərimə yönəldim, maşının nəyisə xarab olduqda da ucuz əldə edə bilim. Yəni belə olmasın ki, ayda 400manat maaş alıramsa bu da elə maşının xərcinə getsin

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:20, 17/08/2019 ) #75979

      Bu xüsusiyyətlərə uyğun w210 və w202 kuza mersedes alaram. Profil ismindən belə görünür ki, xanımsınız. Ancaq yığcam avtomobillərdən maksimum 20 min manat və ekonom olan- mercedes a class, hyundai i30, nisbətən köhnə model hyundai sonatalar, hyundai elantra, b class, kia rio, toyota prius və s. modellər var. Bu qiymət aralığında olan ekonom sinif avtomobillərdir. Bundan sonra bunların arasında seçim etmək artıq şəxsi məsələdir. Zövqünüzə uyğun daxili, xarici görünüşü, daha yığcamlığı və sedan olmağı, gücü, sərfiyyatı və s amilləri nəzərə alıb seçim edə bilərsiniz

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:56, 17/08/2019 ) #75983

Təşəkkür edirəm cavab üçün, xeyr qardaş oğlanam, təxmini ad açmışam o vaxtı qeydiyyatdan keçəndə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Azərbaycandan Amerikaya məhsul (3 saat əvvəl)

E. Hacı cavab verdi - Shopify ödəniş qəbul etmək (14 saat əvvəl)

Mabusaki cavab verdi - Paypal hesabı necə açım? (1 gün əvvəl)

Рамин Салманлы cavab verdi - Gömrük rəsmiləşdirməsi (2 gün əvvəl)

Рамин Салманлы cavab verdi - Gömrük İdman Qidalarını buraxırmı ? (2 gün əvvəl)

Рамин Салманлы cavab verdi - Malım gömrükdə galıb (2 gün əvvəl)

Oruc Mahmudov cavab verdi - Aliexpress sifarişi ilə bağlı. (3 gün əvvəl)

famil muzeffer cavab verdi - Aliexpress sifarişi ilə bağlı. (3 gün əvvəl)

Oruc Mahmudov cavab verdi - Aliexpress sifarişi ilə bağlı. (3 gün əvvəl)

Oruc Mahmudov cavab verdi - Universitet imtahani (3 gün əvvəl)

Oruc Mahmudov cavab verdi - Aliexpress sifarişi ilə bağlı. (3 gün əvvəl)

famil muzeffer cavab verdi - Aliexpress sifarişi ilə bağlı. (4 gün əvvəl)

famil muzeffer cavab verdi - Aliexpress sifarişi ilə bağlı. (4 gün əvvəl)

Tamerlan Mammadov cavab verdi - Universitet imtahani (4 gün əvvəl)

Oruc Mahmudov cavab verdi - Universitet imtahani (4 gün əvvəl)

Software Developer - 611 xal

E. Hacı - 603 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 426 xal

Maqa - 343 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 21939 sualdan 93%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2020