Ebay-da malı geri qaytarmaq

Salam. Mən Cexiyadan xrustal qablar sifariş etmişdim, mallar gəldi amma bir neçəsi yolda qırılıb. Satıcıya bu barədə məlumat verdim, şəkilləri göndərdim, cavab yazdı ki bütün göndərişlər bizim tərəfimizdən sığortalanıb, sınan hissələri geri göndərin sığorta şirkəti dəymiş zərəri ödəsin. Bugün həmin malları poctla geri göndərdim. Bilmək istəyirəm ki mən indi ebay-da case açıb return request etməliyəm ya yox?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

nurana (2019-08-22 10:08:39)
Çox sağ olun.

Maqa (2019-08-22 10:06:42)
Xeyir razılaşmısızsa problem yoxdur. Gözləyin

nurana (2019-08-21 17:01:06)
Malı geri göndərdiyimi satıcıya yazdim. izleme nömrəsini de verdim. o da yazdi ki, sınıq mallar ona çatanda mənə yeni malları göndərəcək. Mən özüm yeni malları istəmişdim, pulu tələb etmədim. Bu barədə onunla razılaşmışam. Sadəcə indi bilmək istəyirəm ki, mən özümü sığortalamaqcun (yəni ebay.i məlumatlandırmaqçun) case açmalıyam yoxsa yox?

Maqa (2019-08-21 15:31:50)
birinci satıcıya yazın, göndərdiyinizi sübut edəcək sənədləri göndərin və geri ödəmə tələb edin. Razılaşmasa o zaman şikayət açın. Çünki paypalla ancaq geri ödəmə etsə pulu ala biləcəksiniz. Satıcı özü şikayətsiz öəməni təklif etsə qəbul etməyin, paypalla ödəyəcəyini bildirəcək bu da bizim ölkəyə uyğun deyil. Bir dəfə başıma gəlib, çarə şikayət açıb oradan almaqdadır