Opel yoxsa Mercedes?

Salam. Təxminən 11min manata başa gələn 2 maşın arasında seçimdə qalmışam: 1) 90cı illərə aid Mercedess C220 (Çeşqa) 2) 2008ci ilə aid Opel Astra Bir dostum var, deyir Opel Astra al. Amma mən Göyçay tərəflikdə rayonda yaşayacam deyə qorxuram sabah zapçast (ehtiyat hissəsi) lazım olanda çətinə düşəm. Siz nə məsləhət görürsüz?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Tamerlan Mammadov (2019-08-31 12:34:49)
Bunlardansa Hyundai Elantra ve ya Toyota Corolla Alin 2007 2008 biraz artiq pul qoyacaqsiniz ancaq sizi hec vaxt yolda qoymaz

Voogarix Beethon (2019-08-24 16:53:58)
Əgər problem ehtiyyat hissədirsə onda heç birini almağa dəyməz. Mercedes üçün hissə çoxdur amma keyfiyyətlisini tapmaq mümkün deyil (qəsdən monopoliya yaradıb ən keyfiyyətsiz hissələri gətirirlər ölkəyə). Bu söhbət elə opel üçün də keçərlidir. Astra H seriyasında ən çox çıxan elektronika problemidir. Ümumiyyətlə avtomobilə vaxtında, düzgün və keyfiyyətli qulluq edəndə demək olar incitmir. Rayon yeri üçün Avropa maşını almağı heç məsləhət görmədim, çünki Avropa üçün istehsal olunan maşınların şassi sistemi bizim yollar üçün hesablanmayıb. Ona görə də gündə 1 yeri xarab olma ehtimalı çoxdur. Tapa bilsən sırf post-sovet ölkələri üçün nəzərdə tutulmuş maşın al, onlar daha dözümlü olur (istər opel olsun, istər peugeot).

NONANE (2019-08-21 21:43:15)
Open Astra masin deyil. Almaga deymes. Imkan varsa gurcustanan mersedes al. Orda 2000$ dan baslayir.+ Azerbaycanda gomruk rusumu vermek lazim olacaq muherriyin gucune gore. https://autopapa.ge/az/usd/search?utf8=%E2%9C%93&s%5Bprice_usd_from%5D=&s%5Bprice_usd_to%5D=4000&s%5Bbrand_id%5D=44&s%5Bmodel_id%5D=0&s%5Bperiod%5D=0&s%5Byear_from%5D=0&s%5Byear_to%5D=0&s%5Bmileage_from%5D=0&s%5Bmileage_to%5D=0&s%5Bcountry_id%5D=2&s%5Bcity_id%5D=0&s%5Bcondition%5D=0&s%5Bengine_capacity_from%5D=0&s%5Bengine_capacity_to%5D=0&s%5Bpower_from%5D=0&s%5Bpower_to%5D=0&s%5Bdoor_qty%5D=0&s%5Bseats_count%5D=0&s%5Bmaterial%5D=0&s%5Bcolor_finish%5D=0

Maqa (2019-08-21 15:25:27)
belə tələsməyin maşın alarkən. Ən azı 1-2 həftə axtarışda olun, tanışınız yoxdursa sizi bir nəfərlə calaşdıra bilərəm. Bazar qiymətindən 1000-1500 aşağı düşmə maşınlar olanda sizə xəbər etsinlər. Gedin baxın yoxladın alın. Hələ elə oldu ki, bəlkə 99-20 ci il w210 da ala bildiniz, bilmək olmaz

nuragel (2019-08-20 12:48:11)
Bəli istehsal ili 1995-1998 kimi olan mercedes-lər görürəm ki, 11minə satırlar.

Cabbarov Sübhan (2019-08-20 11:13:23)
90ci illər dedikdə tam olaraq hansı ilin istehsalı deyirsiz? 1998-2000ci illər arası Mercedes C220 tapsanız yaxşı vəziyyətdə alın. Yox əgər İstehsal ili 1998-dən aşağıdırsa məsləhət deyil mercedes. Opellərdə tez-tez mühərrik nasazlığı, yağ buraxma,və texniki baxış lazım olur

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ölkəyə retro maşın gətirmək

Avtomobil baic 115 sedan

İtmiş maşını nömrəsi ilə axtarılması

Maşin seciminde qerarsizam

Bakı-Sumqayıt

Adıma olan maşın nömrəsini öyrənmək