Kartımdan xarici saytlarda alış-veriş olub

Salam. Kartımdan xarici saytlarda alış-veriş olub. Bu pulu necə geri qaytara bilərəm ? Məndən xəbərsiz olub. Və həmin şəxsi tapmaq olarmı ? Banka bu kimi müraciətlər nə ilə nəticələnir ? Tam pulu geri ala bilerem?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

E. Hacı (2019-08-25 15:39:06)
Nəticə hele ki yoxdur. Nəticə banka müraciət ediləndən sonra olacaq. Məbləğlər blokdadir yoxsa blokdan çıxarılıb onu da bilmirik. Blokdadirsa qaytarmaq asandır, kompensasiya etməyə dəymir. Ödəniş hara edilib o haqda da yazmayıb. Amazon AliExpress kimi ciddi yerlərə edilibse, pulu asandır qaytarmaq. Ki belə hallarda adətən ciddi saytlara edilmir ödəniş. Kiçik saytlara edilir. Bu da 3Dsecuresiz mümkün deyil. Keylogger ve kart məlumatı oğurlanması 3Dsecure engelini asha bilmir. Kartın məlumatını tam oğurlayıb sonra necəsə 3Dsecure nömrəni deyişmek və.s. de bir az qeyri real görünür sırf bu situasiyada. Belə biz burada proqnozlar veririk, amma sual verən banka müraciət edərsə məsələnin əsli dərhal üzə çıxar. ki odenis belke ailə üzvü və ya tanis tərəfindən edilib. Və ya xarici dələduzlar tərəfindən bankın boşluğundan istifadə edərək edilib (backdoor Kimi bir sey. Bu zaman 3Dsecure filan işə yaramır. Bir neçə il əvvəl şəxsən öz başıma gəlmişdi, məndən azca sonra da eyni bankda başqa bir tanışın başına gəldi) - bu sırf bankın oz günahıdır deyə bu halda pulu onlar qaytarır.

selef (2019-08-25 06:21:42)
Sohbet neticeden gedir ki kisnin pulu ile kimse ozune nese alib. Ferq etmez hettda yalniz 1 saytda odeme etmek imkani olsada bele. Eger kart sahibi oz kartinin tehlukeziliyin temin etmirse buna bank ne etsin? 3d security ne etsin!i. 1. Ya bankomatda skimmer olub (bunun azerbaycanda olmasi cox cetindir). kartin melumatlari ogurlanib 2. Hardasa odeme edende kartin melumatlari ogurlanib 3. Yada komyuterde virus keyloger var

E. Hacı (2019-08-24 13:32:11)
3D secure-siz bu tip ödəniş mümkün deyil. Aliexpress tamamilə başqa məsələdir - Amazon də təkcə kartın kodunu və tarixini istəyir, CVV və 3D istəmir - bu Visa, Master Card ilə onlar arasında olan trusted sertifikat və.s. kimi anlaşmaların nəticəsidir. Yəni bütün ödənişlər ya Viza ya da Master Card ilə edilir deyə böyük oyunçullar onlarla anlaşıb və tranzaksiyalarına özəl statuslar əldə ediblər. Bu qədər sadə. Eyni şeyi başqa mənbə edə bilməz amma. Yəni siz ödəniş sistemi yaradıb, 3D securesiz charge etməyə çalışsanız, reject response alacaqsınız. Eyni şeyi Amazon edir və success response alır. Çünki trusted statusu var. Bu tip status da çox az və çox nəhəng şirkətlərdə olur.

selef (2019-08-24 06:37:59)
Aliexpressden nese alanda ne sms parol nede ki 3d parolunu istemir. Ya hardasa odeme edende kimse karti ezberliyib istifade edib. Yadaki compyuternizde virus-keyloger var

E. Hacı (2019-08-23 14:26:31)
Vəssalam, o zaman gedin bankdan ərizə yazaraq pulunuzu tələb edin - onlar da araşdırıb pulu qaytarsınlar.

hsnsltnv (2019-08-23 13:55:10)
3D aktivdir. ozum nese edende sms gelir kodu daxil edirem ama faktiki olaraq alish verish edilib.

E. Hacı (2019-08-23 13:53:46)
3D secure indi demək olar bütün banklarda var - sizin kartınızda niyə aktiv olmayıb, çox maraqlıdır. Bir çox bank siz demədən belə onu aktiv edir. SMS kod təsdiq etmədən alış-veriş mümkün olmur. Yox əgər, 3D secure varsa və buna rəğmən alış-veriş edilibsə (ki inanmıram elə ola), o halda bank məsuliyyət daşıyır və öz hesabından sizin pulu qaytarmalıdır 100% rahat. Yox əgər 3D secure yoxdursa, o zaman kim deyə bilər ki, bu siz özünüz olmamısınız? Deməli araşdırılmalıdır. Banka gedin, ərizə yazın, 1-2 həftə ərzində baxıb qərar verəcəklər, ki pulu sizə qaytarsınlar yoxsa yox. Qaytarma ehtimalı da var, qaytarmama da. Bu araşdırmaya baxır. Bank mütəxəssisi tranzaksiyalara baxıb təxmini başa düşə bilir ki, bu siz özünüz olmusunuz, yoxsa xarici ənənəvi dələduzlar. Ödənilən pulun özünün qayıtması demək olar mümkün deyil, sizə pul qaytarılırsa, bank bunu məcburən özündən ödəyir. Mənim bir tanışımda 150$-ı bank araşdırma etdikdən sonra öz hesabından qarşılamışdı, ki müştəri çox uzatmasın. Qısacası: hələ ki gedin banka ərizə yazın. gələcək üçün isə SMS təsdiq (3D secure) aktiv edin

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Online bank Hesabı açmaq istəyirəm Amerika vəya Avropa regionunda olan banklarda.

Azerbaycanin guvenli banki.

Bank of baku

Visa , Master Card , Maestro Fərqləri

Polşa, online pul köçürmə

Banklar haqqında sual