Salam, şirkətlərin work and travel ilə xarici ölkərə göndərməyindəki mahiyət nədir? Oraya getmək tövsiyyə olunar bir şeydir yoxsa ziyandan başqa bir şey deyil? Əksəriyyəti qeydiyyat 1800-2000 dollar arası pul istəyirlər. Tutaq ki, mən ora getdim və məni orda nə qarşılaryır? İş və yaxud ev tapırlar mənə? Ümumiyyətlə qazanclıdır?
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
1. Şirkətlərin göndərməyində mahiyyət – xaricdə çox ucuz işçi qüvvəsi çatışmazlığı olan yerlərə mövsümi işçi göndərirlər, bunun da əvəzində pul qazanırlar.
2. Sizi orda nə qarşılaylr – bunu sizdən pulu istəyən şirkətə soruşsanız bütün detalları sizə izah edəcək. Adətən bir çox şeyi təşkil edirlər, sizə gedib yerləşib işləmək qalır.
3. Tövsiyyə olunması – müstəqil şəxsiyyət kimi yetişmək, dünyagörüşü artırmaq üçün çox gözəl bir imkandır. Hətta insanın bütün həyatını dəyişə biləcək dərslər verə bilər. Amma və lakin, çətinlikləri ilə də tərəziyə qoyub hansı üstünsə onu seçmək lazımdır – çətinlik də ki, çox aşağı hesab edildiyindən yerli əhalinin işləmək istəmədiyi işləri görmək (bəlkə elə şəxs ola bilər ki bunu özünə sığışdırmaya – o mənada), fərqli atmosferə adaptasiya olmağın zaman alması və.s.
Sual verin
Cavab verin