VÖEN Hesabı açdıqdan sonra 36% rüsum yenə tutulacaqmı?

Salam. Onlayn alış-veriş veb saytlarından (Alibaba.com) 30 KQ-lıq məhsul sifariş edən zaman məhsul Bakıya gəldikdə 36% rüsum tutulur, əgər mən VÖEN Hesabı açsam Aylıq 2% Rüsum ödədikdikdə, bu zaman əlavə olaraq 36% rüsum yenə tutulacaqmı? (Zəhmət olmasa sualı cavablandırardınız, bir çox yerdən sualın cavabı araştırdım tapa bilmədim)

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Elton İsmayılov (2019-08-30 17:28:58)
Bəli Sadələşmiş Vergi faizini nəzərdə tutmuşdum.

E. Hacı (2019-08-30 16:46:27)
Ayliq 2 faiz rusum - bu nə deməkdir? sadələşmiş vergi faizini deyirsiniz? onun bu məsələyə aidiyyatı yoxdur, həm də aylıq deyil o. Hər qazanılan pulun 2%-dir 3 ayda bir ödəməklə. 36% o halda fərqli ola bilir ki, siz ƏDV ödəyicisi olan şirkət VÖEN-nə malik olasınız, o halda 36-nın 18%-ni ƏDV büdcəsindən ödəmək olur, qalan faizləri isə normal qaydada. Amma yenə də ödəmiş olursunuz. Qısacası, ticari təyinat varsa, eyni pul bütün hallarda ödənilir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Gömrük Rüsumları

samsung galaxy s3 telefon haqda

ALİEXPRESS TELEFON

gömrük rüsumunun onlayn ödənilməsi

Payonner 2024 ilə bağlı sual

western union, və ya bank transfer?