İmport gömrüyündə saxlanılıb səbəb: başqa

Salam. Mən Aliexpressdən sifariş telefon sifariş etmişəm. 198 dollaradı. Azərbaycana çatıb. Ayın 29 da azerpost saytında izləmə kodu ilə baxdım. Yazılıb ki import gömrüyündə saxlanılıb səbəb: başqa. Məntəqə: AZ9095. Mən AZ5500 Şəkidəki poçt məntəqəsinin indeksini yazmışdım. Buraya telefonu necə gətizdirim?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Asif Zerbiyev (2019-09-04 19:28:33)
Mən 1 həftədən sonra Bakıya gedib 28 may metrosuna yaxın PDM-dən götürsəm bir problem olmaz ki, telefon hələ də oradadır da yəqin ki. Həm də müraciət etmişəm yəni telefonun sahibsiz olmadığını başa düşərlər yəqin ki. Keçən ayın 29-dan oradadır.

Software Developer (2019-09-03 13:56:39)
Xeyr, nəinki bir həftədən tez, ümumiyyətlə gəlməyəcək. Çünki lazımi müraciəti etməmisiniz. DGK-ya məktub yazmağın bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Onlar sizə rəsmi bir cavab verəcəklər bitəcək bu iş. Telefonlar DGK-da yox, PDM-də saxlanılır. PDM-ə də yalnız və yalnız lazimi sənədləri versəniz, telefoni verəcəklər, əks halda min dənə məktub yazsanız da xeyri yoxdur. onun da yolunu ilk cavabda yazmışam

Asif Zerbiyev (2019-09-02 19:25:00)
Mən DGK-ya məktub göndərdim bu barədə. Cavab gəldi ki müraciətiniz qeydə alınıb. Məlumatın icrası ilə bağlı sizə məlumat veriləcəkdir. Yazmışdım ki məktubda sonda zəhmət olmasa qeyd edildiyi kimi AZ5500 indeksli poçta göndərin. Bir həftədən sonra Bakıya gedəcəm. Bəlkə gedəndə götürüm. 1 həftədən tez gələr Şəkiyə?

Software Developer (2019-09-02 13:31:58)
təkcə cavablar.net saytında bir axtarış etsəniz bu mövzuda azı 200 sual və cavab taparsınız. qısa cavab: telefonlar ölkəy birbaşa buraxılmır, iki ildir ki bu qayda var. 28 may metrosuna yaxın PDM-də saxlanılır, ya özünüz ora gedib götürməlisiniz bank çıxarışı ilə, ya da bu çıxarışı poçt ilə göndərməlisiniz. Yaşadığınız şəhərin mərkəzi poçtuna gedin, sizə kömək edəcəklər məktubu göndərməkdə, və ondan sonra 7-10 günə telefon gəlib sizin poçta çatacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Aliexpress sifariş

Aliexpress suviner bıçaq zakaz etmək

Aliexpress ve webmoney haqqında melumatı olan?

Yandex money

gömrük icazəsi almaq

Xaricdən telefon